Miri Yusifin prodüserini hədələyən şəxs saxlanıldı
Xalq artisti Miri Yusifin prodüseri, tanınmış teleaparıcı Emin Əfəndini Xalq artistinin videolarını yayacağı ilə şantaj edən şəxs polis tərəfindən saxlanılıb.
azxeber.com xəbər verir ki, Emin Əfəndi bu barədə sosial media hesabında məlumat yayıb.
"Artıq mətbuatdan da bildiyiniz kimi, yanvarın 19-da üzləşdiyimiz xoşagəlməz hadisə ilə bağlı dərhal aidiyyəti orqanlara müraciət etmişdik. Daxili İşlər Nazirliyinin operativ reaksiyası və peşəkar yanaşması nəticəsində məsələ qısa zamanda öz həllini tapdı və hadisəni törədən şəxs artıq hüquq qarşısında cavab verir.
Bu məqamda Daxili İşlər Nazirliyinə, xüsusilə cənab nazir Vilayət Eyvazova dərin təşəkkürümüzü bildirmək istəyirik. Göstərilən qətiyyət, peşəkarlıq və məsuliyyət bir daha ölkəmizin hüquq-mühafizə sisteminin etibarlılığını və effektivliyini sübut etdi"-, deyə Əfəndi qeyd edib.
Qeyd edək ki, Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Emin Məmməd oğlu Əfəndi ərizə ilə Yasamal RPİ-yə müraciət edib. O qeyd edib ki, yanvarın 19-u naməlum şəxs vatsap vasitəsilə ona mesaj yazaraq Miri Yusifin videolarını yayacağı ilə hədələyib və hesabına 1000 manat pul tələb edib.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Şərəf' ordeni ilə təltif edilən Valeh Ələsgərov kimdir?
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb
DİQQƏT: Bankdan kredit ala bilmirsinizsə, səbəb bu ola bilər
Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var
"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı
PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib
"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir
Günel Bədəlovaya yüksək vəzifə verildi
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi
Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi
Ferhat Göçer Bakıda konsert verəcək