Mirmahmud Mirəlioğlunun partiyası da qeydiyyata alınmadı
Ədliyyə Nazirliyi Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) təqdim etdiyi üzvlük siyahılarında çatışmazlıqlar aşkarlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə partiyanın sədri Mirmahmud Mirəlioğlu bildirib.
Onun sözlərinə görə, partiya Ədliyyə Nazirliyinə 5418 nəfər üzvün məlumatlarını təqdim edib. Lakin onlardan 4819 nəfər barədə məlumatlar (adı, soyadı, ata adı, doğulduğu tarix) düzgün göstərilməyib.
"Reyestrdəki eyniləşdirilmiş şəxslərin sırasından 26 nəfərin başqa partiyanın üzvü olduğu, 64 şəxsin öldüyü və 3 şəxs barədə məlumatların təkrarlandığı aşkar olunub. Eyni zamanda reyestrdə adları qeyd olunmuş şəxslərlə əlaqə saxlanılarkən onlardan 141 – i Klassik Xalq Cəbhəsi Partiyasının üzvü olmadıqlarını bildirib. Həmçinin qeyd edirik ki, 1 telefon nömrəsi 18 partiya üzvünə münasibətdə əlaqə telefon nömrəsi kimi göstərilib", – Ədliyyə Nazirliyinin cavabında qeyd olunub.
Nazirlik çatışmazlıqların aradan qaldırılması üçün KXCP-yə 30 gün vaxt verib.
Xatırladaq ki, Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını nazirliyə təqdim edib. Bildirilib ki, "Siyasi partiyalar haqqında" Qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində qüsurlar, o cümlədən – üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb.
Nöqsanlarla bağlı partiyalara məlumat göndərilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib. Qeydiyyata alınmayanlar sırasında REAL, Müsavat, AXCP, ADP və Ağ partiya da var.
Xidmetler [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi