Mirzoyan: Ermənistan sülh sazişi üçün danışıqları davam etdirməyə hazırdır
Rəsmi İrəvan Ermənistan və Azərbaycanın ərazi bütövlüyünün qarşılıqlı tanınmasını prioritet hesab edir.
Bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan kanadalı həmkarı Melani Coli ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Ararat Mirzoyan vurğulayıb ki, İrəvan sülh sazişi üçün danışıqları davam etdirməyə hazırdır. O bildirib ki, bu kontekstdə ərazi bütövlüyünün tanınması ilə yanaşı, SSRİ Baş Qərargahının son xəritələri əsasında iki ölkənin sərhədlərinin delimitasiyası və demarkasiyası istiqamətində də iş aparılmalıdır.
"Biz həmçinin suverenlik, yurisdiksiya və tərəflərin bərabərliyi və qarşılıqlılığı prinsipinə əsaslanaraq regional kommunikasiyaların açılmasında maraqlıyıq", - Mirzoyan əlavə edib.
///APA / azxeber.com

Neft həftəni bu qiymətlə başladı
Hakan Çalhanoğlunun gələcəyi bəlli olur
"Biz onda "Qarabağ"ı belə qəbul etməmişdik" - Tahir Gözəl
"Turan Tovuz" – "Fənərbağça" oyununun vaxtı açıqlandı
Salyanda kişini maşın vurdu - Yerindəcə öldü
Türkiyədə silahlı atışma: ölənlər var
Bakıda restoranda meyit tapıldı
Şuşanın işğalı ilə bağlı maraqlı iddia: Türkiyə nə edib? – FOTO
Bakının bu ərazisində 52 qəzalı bina söküləcək
Dörd ölkə, on istiqamət: AZAL-ın genişlənən Mərkəzi Asiya şəbəkəsi
Formula-1'lə bağlı mühüm dəyişikliklər
Tacir Şahmalıoğlu əməliyyat olundu
Daşlara həkk olunan tarix: Alban irsi üzərində mübarizə
Həsən Həsənov: "Ad çəkilir, amma konkret mənbə göstərilmir
"Ermənilər olmayan yerdən özlərinə tarix düzəldiblər