Misir Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının başa çatmasını alqışladı
Misir Ərəb Respublikası Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülh sazişi layihəsi üzrə aparılan danışıqların başa çatmasını alqışlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Misirin Azərbaycandakı səfirliyinin sosial media platformasındakı paylaşımında bildirilib.
Qeyd edilib ki, bu addım iki ölkə arasındakı münaqişəyə son qoymağa, Cənubi Qafqaz regionunda sülhü bərqərar etməyə və bölgənin daha sabit və təhlükəsiz gələcəyə doğru irəliləməsinə töhfə verəcək.
"Bu addım son illərdə hər iki ölkənin göstərdiyi səylərin bir nəticəsidir. Misir dost ölkələr arasında sülh sazişinin ən qısa zamanda imzalanmasını ümid edir və hər iki tərəf üçün mümkün olan ən yaxşı fürsətlərin yaranmasını arzulayır", – məlumatda qeyd edilib.
Qeyd edək ki, Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlikləri martın 13-də bəyanat yayaraq, Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını bildirib.
Xidmetler [newsid: 0-123300]

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Növbəti üç il ərzində büdcə vəsaitləri bu istiqamətlərdə xərclənəcək
Hüseyn əməliyyat olundu - Foto
İspaniya çempion məşqçisi ilə bağlı qərarını verdi
Zelenskidən Kremlə TƏKLİF: Siyahını masaya qoyun
Gələn ilin dövlət büdcəsində 3,2 milyard manatlıq kəsir gözlənilir
Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı
Türkiyə generalları Naxçıvanın məşhur kəndinə niyə gedib? – Ankaradan əmr verilib, xüsusi rabitə qurulub – FOTO
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
İsveç İran səfirliyinin əməkdaşını ölkədən çıxarır
Yolu keçmək istəyən piyadanı maşın vurub öldürdü
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü