Mişustin Qafanda Rusiya konsulluğunun açılmasına icazə verdi
Rusiya hökuməti Ermənistanın Qafan şəhərində baş konsulluğunun açılması ilə bağlı razılaşmanı təsdiqləyib.
KONKRET.az xəbər verir ki, bu barədə sərəncamı Rusiyanın Baş naziri Mixail Mişustin imzalayıb və sənəd Nazirlər Kabinetinin rəsmi saytında yerləşdirilib.
Qeyd edək ki, bu, Rusiyanın Ermənistanda açdığı ikinci baş konsulluğudur, birinci Gümrüdədir.
Mişustinin imzaladığı sənəddə Rusiya Xarici İşlər Nazirliyinə nota mübadiləsi yolu ilə Ermənistan hökuməti ilə Qafanda baş konsulluğun yaradılması haqqında saziş imzalamaq təklifini qəbul etmək tapşırılır. Zəruri hallarda nota layihəsinə "əsas xarakterli olmayan" dəyişikliklərin edilməsinə icazə verilir.
Xatırladaq ki, oktyabrın sonunda Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirmişdi ki, Moskva "Qafanda konsulluq açmaq arzusunu ifadə edib" və İrəvan bununla razılaşıb. Musavat.com
Kurslar.az kurslar [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ