Mixael Borodkin: "İsrail Azərbaycanı strateji tərəfdaş hesab edir

Mixael Borodkin: "İsrail Azərbaycanı strateji tərəfdaş hesab edirMixael Borodkin: "İsrail Azərbaycanı strateji tərəfdaş hesab edir"
Ermənistanın Xarici İşlər naziri Zohrab Mnatsakanyanın "The Jerusalem Post" qəzetinə İsraili Azərbaycana silah tədarükünü dayandırmağa çağırmaqla bağlı verdiyi müsahibə artıq ikinci həftədir ki, dünyanın müxtəlif KİV-lərində təkrar nəşr olunur. Prinsipcə, bu, Yerevanın həmin mövzuda ilk açıqlaması deyil, amma niyə məhz indi Ermənistan rəsmilərinin tələblərinə belə diqqət göstərilir? Xatırladaq ki, Ermənistanın xarici işlər naziri bildirib ki, Yerevan "bu məsələ ilə ardıcıllıqla məşğul olacaq, hər zaman gündəliyimizin ikitərəfli və çoxtərəfli platformalarda ayrılmaz hissəsi olacaq. İsrail Azərbaycanla bu ölümcül biznesi dayandırmalıdır". Bu fəaliyyətin Ermənistanın İsraildə səfirliyinin açılması ilə bağlılığı və bir növ şantaj olması mümkündürmü?
İsrailli analitik, jurnalist Mixael Borodkin vəziyyəti Media.Az üçün şərh edib.
- Niyə indi İsrailə belə təzyiq var? Azərbaycan bir çox ölkələrdən silah alır, bu, adi təcrübədir.
- Bir tərəfdən, bu, həqiqətən qəribədir. Ancaq düşünürəm ki, bu, İsraildə Ermənistan səfirliyinin açılması ilə bağlı danışıqlar vaxtına təsadüf edib. Bu, Ermənistanın ölkəmizə bir növ təzyiq göstərmək cəhdidir. Bunun son vaxtlar Azərbaycan-Ermənistan sərhədində eskalasiya ilə əlaqədar olmasını da istisna etmirəm.
- Silah ticarəti biznesdir. Bir neçə il əvvəl Yerevan Minskə qarşı iddia qaldıranda Belarus cavab verdi ki, istəyirsən, al, səni kim dayandırır?
- Bu məntiqlidir. Burada heç bir ideoloji komponent yoxdur, bu, həqiqətən qarşılıqlı faydalı biznesdir. Yeri gəlmişkən, İsrailin Azərbaycanla münasibətləri yalnız silah ticarəti ilə məhdudlaşmır. Ölkələrimiz arasında genişmiqyaslı qarşılıqlı faydalı ticarət var. Sirr deyil ki, İsrail Azərbaycanı strateji müttəfiq hesab edir. Bu da Ermənistana qarşı hansısa ittifaq deyil. Silahlara gəldikdə isə, İsrail bir çox ölkələrə silah satır.
- Yeri gəlmişkən, İsrail PUA-ları (pilotsuz uçuş aparatı) döyüşlərdə özlərini yaxşı tərəfdən göstərdilər. İsrail ilə Azərbaycan arasında bu cür əməkdaşlıq Ermənistanın ölkənizdə səfirlik açmaq qərarına təsir edə bilərmi?
- Əlbəttə ki, İsraildə digər ölkələrlə münasibətlərin qurulması müsbət qarşılanır. Ancaq dediyim kimi, Azərbaycan bizim strateji müttəfiqimiz və tərəfdaşımızdır. Əminəm ki, İsrail Ermənistan səfirliyinin açılması üçün Azərbaycanla münasibətlərin pisləşməsinə səbəb ola biləcək hər hansı addım atmayacaq. Bu, 100% olmayacaq. Ermənistan özü də İsrail ilə münasibətlər qurmaqda maraqlıdır, çünki illərdir onlar yaxşı şeylər arzulamırlar. İndi Yerevanın İsrail vasitəsilə Qərblə münasibətlər qurması vacibdir.
Düşünmürəm ki, Ermənistan sualı bu şəkildə qoyacaq: "Azərbaycana silah satışını dayandırın, yoxsa səfirlik açmayacağıq". Ancaq belə bir şərt olarsa, neynək, bir müddət Ermənistanın İsraildəki səfirliyi olmadan qalarıq. /oxu.az

Siyasi       Tarix: 10 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

Kasparov ABŞ-da öldürülməsi planından danışdı: "Bu, mənim üçün şok oldu"

Harri Kasparov Rusiyanın hakimiyyət orqanlarının ABŞ-da onun öldürülməsinə hazırlıq görməsi barədə xəbəri "şok" kimi qiymətləndirib. xəbər verir ki, siyasətçinin sözlərinə görə, onun və "Azad Rusiya Forumu"nu

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

"Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşvi

İlham Əliyev Si Cinpini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr – Çin Xalq Respublikasının Yaranması Günü münasibətil

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət


yeni xeberler azerbaycan xeberleri son xeberler xankendi qurban bayrami 2026 maşın realiti şou xeber az