Mixail Qusman: İlham Əliyev qələbənin və Azərbaycan xalqına qayıdan ləyaqət hissinin simvoludur
"8 Noyabr-Zəfər Günü Azərbaycan üçün tarixi və işıqlı gündür".
KONKRET.azxəbər verir ki, bu fikirləri Moskvada 8 noyabr-Zəfər Gününə həsr olunan tədbirdə iştirak edən TASS İnformasiya Agentliyinin Baş direktorunun birinci müavini, tanınmış jurnalist Mixail Qusman bildirib.
O xatırladıb ki, 31 oktyabr 2003-cü ildə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev inauqurasiyası zamanı işğal altındakı torpaqları geri qaytarmayacağına, Qarabağ üzərində Azərbaycan bayrağını ucaldacağına and içmişdi.
"Bu gün isə Azərbaycan bayrağı Qarabağın mərkəzində Xankəndidə qürurla dalğalanır. Bu gün Xankəndidə keçirilən hərbi paradı qəbul edən Ali Baş Komandan İlham Əliyev bu qələbənin, işğaldan azad olunan torpaqların, Azərbaycan xalqına qayıdan ləyaqət hissinin simvoludur. Bununla bizim hamımızı təbrik etmək olar. Bayramımız mübarək", – deyə Qusman yekunlaşdırıb./APA

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ