MM-in komitə sədri: 'Fransa Prezidenti və parlamenti, həddinizi aşmayın
"Fransa Prezidenti və parlamenti, həddinizi aşmayın!"
Bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov parlamentin dekabrın 2-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, Fransa hər zaman ikiüzlülük edib: "Qətnamənin mətnini oxuyanda müşahidə etdim ki, mətn kopyalanmadır. Otuz il ərzində ermənilər işğal etdikləri ərazilərdə daş üstündə daş qoymayıblar. Qarabağda hansı erməni abidəsi var? Təhlükəsizlik məsələsindən danışırlar. Otuz ildə 1 milyon qaçqınımız və köçkünümüz oldu. Niyə onların hüquqları ilə bağlı səs qaldırmadılar? Budur sizin demokratiya?!"
Z.Əsgərov əlavə edib ki, Fransa bu günə qədər 5 respublika qurub, amma içini düzəldə bilmədi: "Yenə düşmənçilik, islamafobiya, türkofobiya, antisemitizm. Niyə qoymursunuz, Ermənistanla Azərbaycan arasında sülh danışıqları davam etsin? Nədir məqsədiniz? Bir öz tarixinizə baxın. Azərbaycanı tarixi abidəri dağıtmaqda günahlandırırlar. Hamısı böhtan, yalandır. Vyetnamdan tutmuş Afrikaya qədər 50 ölkəni işğal ediblər. Fransa rəsmi olaraq Afrikanın 14 ölkəsindən öz dövlət büdcəsinə vergi vermələrini məcbur edir. Budur ədalət? Bilin və agah olun, həddinizi aşmayın, Fransa Prezidenti və parlamenti. Bilin ki, Qarabağ Azərbaycandır!"
Spiker Sahibə Qafarova isə qeyd edib ki, azərbaycanlılar heç bir tarixi abidəni dağıtmayıb: "Azərbaycanlılar 30 il orda olmayıblarsa necə dağıda bilərdilər?!" / azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü