Mobil telefonlar bu orqanda xərçəng riskini artırır - DİQQƏT
Mobil telefonların xəstəliklərə səbəb olması, ələlxüsus xərçəngin yaranmasında rolunun olması barədə uzun illərdir ki, fikirlər səslənir.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, ABŞ-dakı Yel Universitetinin alimləri mobil telefonla tiroid vəzi (qalxanabənzər vəzi) xərçəngi arasında əlaqənin olmasına dair tədqiqat aparıblar. Onlar hesab edir ki, bəzi hallarda mobil telefonlar tiroid xərçəngi ehtimalını artırır. Tədqiqatlara görə, telefon radiasiyası müəyyən genetik problemi olan insanlar üçün daha zərərlidir.
Alimlər 900-dən çox insanın iştirak etdiyi sınaqda 176 genin tədqiqini aparıb və xərçəng riski ilə əlaqəli 10 tək nukleotid polimorfizmi (DNT ardıcıllığında fərqlər) aşkarlayıblar.
Bu xüsusiyyətin daşıyıcısı olan və eyni zamanda mütəmadi mobil telefonlardan istifadə edən insanlarda tiroid vəzində bədxassəli şişin inkişafı riskinin ikiqat daha çox olduğu müəyyən edilib.
Hesab olunur ki, belə tədqiqatlar riskli insanları müəyyənləşdirməyə və əvvəlcədən profilaktik tədbirlər görməyə kömək edə bilər.
Məlumatlara görə, qalxanabənzər vəzin xərcangi gündən-günə duramadan artır.
Son illərdə tiroid xərçənginin geniş yayıldığı ABŞ-da təkcə bir ildə bu xəstəlikdən 2180 ölüm hadisəsinin qeydə alındığı bildirilir.
Tiroid xərçənginə qadınlarda üç dəfə daha çox rast gəlinir və bu, xərçəmgin digər növlərinə nisbətən daha gənc yaşlarda baş verir.
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ