"Modern Diplomacy": "Almaniya və Fransa arasında parçalanma dərinləşə bilər"
Fransa və Almaniya arasındakı əlaqələr Avropa sabitliyinin açarıdır. Hər iki ölkə Avropada hökm sürən enerji böhranı ilə bağlı fikir ayrılıqları yaşayır.
KONKRET.azxəbər verir ki, bu barədə "Modern Diplomacy" portalı yazıb.
Bildirilib ki, hər iki ölkə qitənin ən əhəmiyyətli iki iqtisadiyyatına malikdir. Onlar Aİ-nin sütunları hesab olunurlar. Lakin Rusiya-Ukrayna müharibəsi başlayanda iki ölkə arasında enerji, müdafiə, iqtisadiyyat kimi məsələlərdə yenidən fikir ayrılığı yaranıb. Boşluq Rusiya qazının çatışmazlığı və onun iqtisadiyyata təsiri ilə daha da dərinləşib. Bu böhran Avropa iqtisadiyyatının kövrəkliyini nümayiş etdirdi. Bundan əlavə, böhran bütövlükdə Aİ-nin öz vətəndaşlarının tələblərini ödəyə bilib-bilməyəcəyi ilə bağlı narahatlıqları artırıb.
Nəşr qeyd edib ki, əsas mübahisə enerji və müdafiə sahələrindədir. Sentyabrın sonunda Almaniya 200 milyard avro dəyərində böyük enerji dəstəyi paketi elan edib. Müharibənin öz enerji xərclərinə təsirindən narahat olan Paris və digər Avropa paytaxtlarında Almaniyanın birtərəfli qaydada 200 milyard avro xərcləməsi böyük səs-küyə səbəb olub.
Müdafiə məsələsinə gəlincə, bunu Berlinin son hərbi satınalma qərarları sübut edir. Almaniya yeni yaratdığı 100 milyard avroluq investisiya fondunun bir hissəsini ABŞ-ın "F-35" qırıcılarına xərcləmək qərarına gəlib və bu, Parisi qıcıqlandırıb.
Bu satınalmalar Fransa ilə yeni nəsil qırıcı təyyarələrin və tankların hazırlanmasında uzun müddət davam edən əməkdaşlıq səylərinə ciddi zərbə olub.
Paris həmçinin qitənin hərbi imkanlarını artırmaq üçün Berlinlə 2017-ci ildə başladılan Avropanın qabaqcıl müdafiə layihəsi olan "Future Combat Air System"in yavaş irəliləyişindən məyusdur.
Aİ-nin enerji siyasətində fikir ayrılıqları yanacaq böhranı ilə bağlıdır.
Qeyd edək ki, Almaniya enerji tədarükün kəsilməsi ilə bütün iqtisadiyyatının dayanıqlılığına birbaşa təhlükə ilə üzləşir. Hal-hazırda nüvə və alternativ enerjiyə arxalanan Fransa isə nəzəri olaraq Rusiya qazından daha az asılıdır.
İqbal Rzayev,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var