Moldova XİN başçısı: "Rusiya ordusunu Dnestryanıdan çıxarmalıdır"
Moldova Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku Rusiya hərbçilərinin tanınmamış Dnestryanı bölgədən çıxarılmasını, eləcə də orada sovet dövründən qalan silah-sursat anbarının ləğvini tələb edib.
KONKRET.az"Kommersant"a istinadən xəbər verir ki, o, bu barədə dekabrın 1-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında bildirib.
"Biz 1999-cu ildə ATƏT-in İstanbulda keçirilən sammitində Moskvanın üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, Rusiya ordusunun Moldova Respublikası ərazisindən tam və qeyd-şərtsiz çıxarılmasını qətiyyətlə tələb edirik. Kolbasna yaxınlığındakı sursat anbarı bütün region üçün təhlükə yaradır", – Popesku deyib.
Nazir hesab edir ki, Rusiya Silahlı Qüvvələri Moldovanın suverenliyini pozur.
Qeyd edək ki, 2018-ci ilin iyununda BMT Baş Assambleyası Rusiyanı qoşunlarını Dnestryanı bölgədən çıxarmağa çağırıb, qətnaməni 64 dövlət dəstəkləyib, 14-ü əleyhinə çıxıb, daha 83 ölkə bitərəf qalıb. Bundan əvvəl Moldova Prezidenti Maya Sandu dəfələrlə Dnestryanıdakı silah-sursat anbarlarını qoruyan Rusiya hərbçilərinin geri çəkilməsinə çağırıb.
İqbal Rzayev,
KONKRET.az

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü