Moldovanın keçmiş Prezidentinin evində axtarış aparıldı
Moldova Baş Prokurorluğu ölkənin keçmiş Prezidenti İqor Dodonun evində axtarış aparıb.
KONKRET.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Baş Prokurorluğun nümayəndəsi Marianna Kerpek bildirib.
Onun sözlərinə görə, axtarışı Baş Prokurorluğun antikorrupsiya idarəsi ilə informasiya və təhlükəsizlik xidmətinin əməkdaşları həyata keçiriblər.
İ.Dodon iş adamı Vladimir Platxotnyukdan rüşvət almaqda ittiham olunur.
Məlumata görə, keçmiş deputat Yuri Renitse 2020-ci ildə o vaxt prezident olan İ.Dodonun Demokrat Partiyasının lideri, iş adamı Vladimir Plaxotnyuk və müavini Sergey Yaralovla görüşünün videoyazısını paylaşıb. Həmin videoda partiya sədrinin İ.Dodona zərf verdiyi görünür. Deputatın sözlərinə görə, zərfdə külli məbləğdə pul olub. Görüş 2019-cu ilin iyununda baş verib. Bundan bir neçə gün sonra İ.Dodon Moldovanı tərk edib.
Qeyd edək ki, V.Plaxotnyuk keçmiş deputat və Moldovanın ən varlı adamalarındandır. 2017-ci ilin noyabrında Moskvanın Basmannı rayon məhkəməsi qətllə bağlı onun barəsində qiyabi həbs qərarı çıxarıb. O, çirkli pulların yuyulmasında və qanunsuz varlanmaqda, habelə milyardlarla dolları bank sistemindən çıxarmaqda ittiham olunur. V.Plaxotnyukun 2019-cu ilin iyununda ölkəni tərk etdiyi bildirilib. Kişineu məhkəməsi onun qiyabi həbsi ilə bağlı bir neçə dəfə hökm çıxarıb.//Report
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə
Kurslar.az kurslar [newsid: 0-123300]

Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR