Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib
Monteneqro Prezidenti Yakov Milatoviç 2027-ci ildə Azərbaycana səfər etməyi planlaşdırdığını təsdiqləyib və iki ölkə arasında münasibətlərin dostluq xarakteri daşıdığını vurğulayıb.
azxeber.com xəbər verir ki, bunu Monteneqro lideri Brüsseldə keçirilən Aİ–Qərbi Balkanlar sammiti çərçivəsində bildirib.
"Baş nazirimiz artıq dünən Azərbaycanda olub. Onun ölkə Prezidenti İlham Əliyevlə əla görüşü keçirilib. Mən də gələn il səfərimi səbirsizliklə gözləyirəm. Azərbaycan bizim üçün dost ölkədir", – o qeyd edib.
Qeyd edək ki, Monteneqronun Baş naziri Miloyko Spayiç noyabrın 23-25-də Azərbaycanda işgüzar səfərdə olub. Səfər çərçivəsində Prezident İlham Əliyev və Baş nazir Əli Əsədovla keçirilən görüşlərdə iqtisadi əməkdaşlığın, o cümlədən investisiya, energetika və infrastruktur sahələrində əlaqələrin genişləndirilməsi müzakirə olunub.
Danışıqlarda Azərbaycanın Monteneqroya investisiyaları, o cümlədən həyata keçirilən layihələrin genişləndirilməsi perspektivləri də diqqət mərkəzində olub. Konkret təşəbbüslərdən biri Monteneqronun 2027-ci ildə Azərbaycan vətəndaşları üçün elektron viza sistemini tətbiq etməsidir. Bu addım qarşılıqlı səfərləri asanlaşdırmalıdır.

Nərimanov rayonunda yerləşən tam orta məktəbdə şagirdlər arasında insident baş verib
Uill Smitin 42 milyon dollarlıq malikanəsində yanğın baş verdi - FOTO
"İşgüzar Axşam Ziyafəti və B2B Görüş" təşkil olundu - FOTOLAR
Azərbaycan və Gürcüstan XİN rəhbərləri regional əməkdaşlığı müzakirə ediblər
Azər Türk Bank "atb friday" kampaniyasına start verdi
Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
PAŞA Bank "REGİONAL EXPO GƏNCƏ 2026" sərgisində iştirak edib - FOTOLAR
Gürcüstan Azərbaycana 460 milyon investisiya yatırıb
"Azərlotereya"dan iki yeni "Poz-Qazan" oyunu: Böyük uduş imkanları
İlham Əliyev Monteneqronun Baş nazirini qəbul etdi
Bu şəxslərə 20 min manat vergi güzəşti tətbiq olunur
Dekabrda kredit faizləri aşağı düşəcək? – Ekspert AÇIQLADI
"Sabah" La Liqa səviyyəsində komandadır" - Hansi Flik