Moskva Azərbaycan Prezident Administrasiyasının son bəyanatını təqdir etdi
"Rusiya Azərbaycanın Qarabağ bölgəsinə qayıtmaq istəyən ermənilərin hüquqlarının, təhlükəsizliyinin və iqtisadi rifahının təminatı ilə bağlı bəyanatlarını alqışlayır".
KONKRET.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Biz Azərbaycan Prezident Administrasiyasının yüksək vəzifəli nümayəndəsinin Qarabağa qayıtmaq istəyən ermənilərin hüquqlarının təminatı, təhlükəsizliyi və iqtisadi rifahı ilə bağlı son bəyanatlarını alqışlayırıq. Mənə elə gəlir ki, bu, çox düzgün və vaxtında verilən siqnaldır", – TASS Zaxarovadan sitat gətirir.
O əlavə edib ki, Moskva Bakı ilə İrəvanın barışması üçün fundamental əhəmiyyət kəsb edən bu prosesə hər cür töhfə verəcək.
"Biz bu bölgənin sakinlərinin geri qayıtmasının qarşısını almaq üçün bir çox saxtakar addımları müəyyən edirik", – deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.
Zaxarovanın sözlərinə görə, bəziləri hansısa xəyali təhdidlərlə qorxudur, digərlərinə isə evlərindən heç nə qalmadığı barədə yalan məlumat verilir&
"Bu doğru deyil, ən azından biz indi fəal şəkildə gedən bu məlumat kampaniyalarını görürük. Mənə elə gəlir ki, biz Azərbaycan Prezidenti Administrasiyasının nümayəndəsinin həmin rəsmi bəyanatlarına və Rusiya tərəfinin müvafiq bəyanatlarına əsaslanmalıyıq", – deyə Zaxarova yekunlaşdırıb.
Turlar.az [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ