"Moskva ilə dialoqda Ankara fərqli taktikadan istifadə edir" - Erməni ekspert
"Rusiyanın Cənubi Qafqazda rolu ciddi şəkildə zəifləyib, bunun nəticəsində Moskva artıq Ermənistanla Azərbaycan arasında münaqişənin həllinə təsir göstərə bilməyəcək".
KONKRET.az xəbər verir ki, bunu erməni şərqşünas ekspert Armen Petrosyan "Sputnik Ermənistan"a müsahibəsində bildirib.
O deyib ki, Rusiyadan sonra boşluğu Türkiyə doldurur.
"Cənubi Qafqazda Rusiyanın təsirinin zəifləməsi göz qabağındadır. İndi yaranan boşluğu kimin doldura biləcəyi ilə bağlı rəqabət var. Son zamanlar Türkiyə rəhbərliyinin diplomatik leksikonunda "Ermənistan", "Qarabağ", "Ermənistan-Azərbaycan münasibətləri" sözləri daha çox yer alır. Üstəlik, Türkiyənin həm Qərb, həm də Rusiya ilə dialoqunda Cənubi Qafqaz mövzusu fəal şəkildə müzakirə olunur", – deyə erməni ekspert əlavə edib.
Petrosyanın fikrincə, Türkiyə Qərblə danışarkən özünü Cənubi Qafqazda Rusiyaya alternativ kimi göstərir və bununla da Qərbin maraqlarını müdafiə etdiyini açıq şəkildə nümayiş etdirir.
"Moskva ilə dialoqda Ankara tamamilə fərqli taktikadan istifadə edir və əmin edir ki, Rusiyanın təsiri zəifləsə, Qərb ekspansiyasının qarşısını almağa hazırdır. Burada Türkiyənin təklif etdiyi və Rusiya, Türkiyə, İran, Ermənistan, Azərbaycan və Gürcüstanın iştirakı ilə regiondakı problemlərin həllinə yönəldilmiş 3+3 formatı ideyasını xatırlaya bilərik", – deyə Petrosyan bildirib.
O istisna etməyib ki, yaxın gələcəkdə Türkiyə hakimiyyəti Cənubi Qafqazda aktivləşmə baxımından bəyanatlardan əməli fəaliyyətə keçə bilər. Petrosyanın fikrincə, Türkiyənin şansları Ukraynadakı müharibəni və Rusiya Federasiyasına qarşı tətbiq edilən sanksiyaları nəzərə alaraq, Moskvanın diplomatik təcrid vəziyyətində qalması ilə güclənir.
Günel Mikayılova,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi