Moskva sərt cavab VERƏCƏK
Rusiya Baltik dənizi regionunda təxribatlardan imtina etmələri üçün NATO ölkələrini inandırmaq məqsədilə kifayət qədər təsir vasitələrinə malikdir.
KONKRET.az teleqraf-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Danimarkadakı səfiri Vladimir Barbin TASS-a müsahibəsində bildirib.
Diplomatın sözlərinə görə, Rusiyanın arsenalında yalnız diplomatik etirazlar yer almır: "Rusiya Baltikdə təxribat xarakterli addımlardan çəkinmələri üçün NATO ölkələrini inandırmaq məqsədilə geniş və müxtəlif tədbirlər toplusuna malikdir. Arsenalda təkcə diplomatik etirazlar deyil. Rusiya tərəfi artıq gəmilərin saxlanılması və ələ keçirilməsi cəhdlərinə cavab olaraq digər reaksiya üsullarını da nümayiş etdirməyə məcbur qalıb".
Səfir vurğulayıb ki, NATO ölkələrinin müxtəlif bəhanələrlə Rusiya yükləri daşıyan və ya Rusiyada qeydiyyatdan keçmiş gəmilər üçün gəmiçilik azadlığını məhdudlaşdırmaq cəhdləri qətiyyətlə qarşılanır və bundan sonra da qarşılanacaq.
Barbin qeyd edib ki, Rusiya Baltik dənizində gəmiçilik məsələlərinin NATO və Avropa İttifaqının yanaşmalarına uyğun şəkildə tənzimlənməsinə yol verməyəcək. Onun sözlərinə görə, beynəlxalq hüquqa, xüsusilə 1982-ci il BMT-nin Dəniz Hüququ Konvensiyasına riayət etmək zəruridir./Teleqraf

102-nin aqibəti necə olacaq? – "Ermənilər rusları istəmir"
Ermənistan Azərbaycana nə ixrac edəcək?
Rusiya artıq Paşinyandan izahat deyil, qərar gözləyir
Rusiyanın gizli Paşinyan arzusu: Müharibədən sonra ortaya çıxdı
Günəşdə güclü partlayış oldu
"100 dollar götürdük, çox utanırdım" - Emindən maraqlı etiraf
Elgiz yeni verilişinin tarixini açıqladı
Tatlısesin son görüntüsü - sevənləri kədərləndi - Foto
Bu avtomobillər 600 manatdan satışa çıxarılır
Sabah bu ərzilərdə işıq olmayacaq
Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı
Taylanda getmək istəyən azərbaycanlılara xoş xəbər
Deputat: "Orta Dəhliz Şərqlə Qərbi birləşdirən mühüm platformadır
Mehriban Əliyeva Bişkekdə "Ala-Arça" Dövlət iqamətgahında olub
BMT kənardan müşahidəçi statusunda prosesləri izləyib' - Deputat