Moskva Vaşinqtona xəbərdarlıq etdi: nüvə münaqişəsində qələbə ehtimalı...
Nüvə münaqişəsində qələbə ehtimalı bir illüziyadır.
Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib.
O, ABŞ-ın qeyd-şərtsiz hərbi üstünlük əldə etməsinin dünya üçün fəlakətli nəticələri barədə xəbərdarlıq edib: "Əslində onlar (Amerika Birləşmiş Ştatları - red.) qeyd-şərtsiz hərbi üstünlüyə can atırlar və bu istəyi nüvə münaqişəsində qalib gəlmə illüziya ehtimalını artırır. Həm ABŞ-ı, həm də bütün beynəlxalq ictimaiyyəti bu cür yanaşmanın zərərli nəticələrindən xəbərdar etmək istəyirik".
9 dekabr tarixli xəbərə görə, ABŞ Nümayəndələr Palatası gələn il üçün hərbi büdcəni təsdiqləyib. Sənədi 355 deputat dəstəkləyib, digər 78 nəfər əleyhinə səs verib. Layihə ABŞ Senatında baxılmalı, bundan sonra imza üçün Amerika liderinə getməlidir.
Ümumi həcmi 740 milyard dollardan çox olan büdcə layihəsi "Şimal Axını 2" və "Türk axını" qaz boru kəmərlərinə qarşı sanksiyaların genişləndirilməsini, habelə Rusiyanın S-400 zenit-raket sistemlərinin alınması səbəbiylə Ankaraya qarşı tədbirlərin görülməsini nəzərdə tutur.
Zümrüd

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Elçin Yusubov Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib - FOTOLAR
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı