Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıbRusiyanın paytaxtı Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb.
"Report"un Rusiya bürosu xəbər verir ki, Azərbaycanın Rusiyadakı Səfirliyinin, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəalları və diaspor nümayəndələri ümummilli lider Heydər Əliyevin səfirliyin binasındakı barelyefi, eləcə də binanın qarşısında yaradılmış xatirə stendinin önünə əklillər və gül dəstələri qoyublar.
Daha sonra səfirliyin qonaq evində tədbir keçirilib.
Türkiyə, Qazaxıstan, Özbəkistan və digər ölkələrin səfirləri və hərbi attaşelərinin iştirak etdiyi anım mərasimində çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu 1990-cı il 20 Yanvar gecəsi sovet repressiya maşının qarşısına çıxaraq azadlıq tələbi irəli sürən Azərbaycan vətəndaşlarının qəhrəmanlığından danışıb. O qeyd edib ki, həmin dövrdə Azərbaycan blokada şəraitində yaşayırdı və respublikanın haqq səsini heç kim eşitmirdi: "Hadisələrin səhəri günü Heydər Əliyev ailə üzvləri ilə birlikdə bu binaya gələrək sovet rəhbərliyinə qarşı ittihamlar irəli sürdü, həmin qanlı hadisələri cinayət adlandırdı və bu, baş verən faciəyə verilən ilk siyasi qiymət idi".
Səfir qeyd edib ki, "Qara Yanvar" Azərbaycan tarixinin sağalmamış yarasıdır: "Qara Yanvar dönüş nöqtəsi, sovet dövlətinin öz vətəndaşlarına münasibətdə keçdiyi "qırmızı xətt" idi. Bakının küçələrində partiya biletlərinin necə yığılıb yandırıldığını xatırlayıram, prezident aparatının binasındakı yazıları xatırlayıram. Qorbaçovun faşist olduğunu, insanlarla bu cür davranmağın qəbuledilməz olduğunu xatırlayıram. Bu dönüş nöqtəsi idi".
Polad Bülbüloğlu vurğulayıb ki, həmin hadisələrdən 33 il ötür. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad edib. "İndi ulu öndər Heydər Əliyevin, bütün şəhidlərimizin ruhu şaddır. Allah onlara rəhmət eləsin!", - deyə səfir əlavə edib.
Tədbirdə çıxış edən Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin professoru, Azərbaycan Yazıçılar Birliyinn Rusiya bölməsinin rəhbəri Abuzər Bağırov Moskvadakı Daimi Nümayəndəliyimizin önündə 1990-cı ilin 20 yanvarından başlayaraq bir neçə gün davam edən mitinqin təşkilindən danışaraq həmin günlər haqqında xatirələrini bölüşüb.
Tədbirdə çıxış edən Rusiya Siyasi Tədqiqatlar İnstitunun direktoru Sergey Markov, Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov və digər natiqlər 1990-cı ilin 20 yanvarında baş verənləri təkcə Azərbaycanın deyil, bütün SSRİ və Rusiyanın tarixinin qanlı səhifəsi adlandırıblar.
Tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsinə ehsan süfrəsi təşkil edilib. / azxeber.com

Sosial       Tarix: 21 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm


son xeberler azerbaycan xeberleri yeni xeberler gunun xeberleri krimnal bugun cəbhədən son dəqiqə son xeber az