"Moskvada görüşlər keçirmək və danışıqlar aparmaq imkanını yüksək qiymətləndiririk
"Moskvaya səfər zamanı Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin və postmünaqişə dövründəki vəziyyətin müzakirəsi planlaşdırılır".
Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla danışıqlarda deyib.
"Görüşlə bağlı bu format ötən ilin sonu üçün nəzərdə tutulurdu. Lakin indiki görüşün iştirakçılarından asılı olmayan səbəbə görə o zaman baş tutmayıb", - nazir qeyd edib.
Azərbaycanın xarici işlər naziri S.Lavrova təşəkkürünü bildirib və ikitərəfli, üçtərəfli formatda görüşlər keçirmək, Ermənistan və Azərbaycan arasında postmünaqişə dövründə nizamlanma ilə bağlı bir sıra məsələlərin və Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin müzakirəsi imkanını yüksək qiymətləndirib.
Bundan əlavə, C.Bayramov Rusiyada Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə göstərilən diqqətə görə rusiyalı həmkarına təşəkkür edib.
"Rusiya Federasiyasının bütün dövlət qurumlarının, ictimai təşkilatlarının və sadə vətəndaşlarının Ümummilli Liderin xatirəsinə həsr olunmuş tədbirlərə diqqət yetirməsi bizim üçün heç də təəccüblü deyil. O, ölkələrimiz və xalqlarımız arasında həmişə mövcud olan dostluğu, birliyi təcəssüm etdirib", - C.Bayramov vurğulayıb.
///Report / azxeber.com

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi