Moskvada seçki qutusuna "zelyonka" tökən qız SAXLANILDI
Moskvanın Maryino rayonundakı seçki məntəqələrinin birində gənc qız seçki qutusuna yaşıl maddə (zelyonka) töküb.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin paytaxtdakı şöbəsi məlumat yayıb.
Məlumatda deyilir ki, qız şüşə qabla binaya daxil olub və "Ukraynayönlü şüar səsləndirərək" mayeni seçki bülletenlərinin olduğu qutuya töküb.
Onun haqqında Cinayət Məcəlləsinin 141-ci maddəsi (seçki hüquqlarının həyata keçirilməsinə və ya seçki komissiyalarının işinə mane olma) üzrə cinayət işi açılıb. Bu maddə üzrə maksimum cəza beş il həbsdir.
Analoji hadisələr Voronejin Borisoqlebsk şəhərindəki seçki məntəqələrində də baş verib. Məntəqə komissiyasının üzvləri həmin qutuları möhürləyərək yığışdırıblar və digər seçki qutularını quraşdırıblar.
Mərkəzi Seçki Komissiyasının sədr müavini Nikolay Bulaev bildirib ki, Rostov və Qaraçay-Çərkəzdə seçki qutularına mürəkkəb tökülüb. O, seçki məntəqələrində mühafizənin gücləndirilməsini xahiş edib.
Xatirə SADİQ,
KONKRET.az

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi