"Moskvaya güclü, yoxsa zəif Ermənistan lazımdır?" - Rusiyalı ekspertin şərhi
"Rusiya xüsusi hərbi əməliyyatla bağlı təhlükəsizlik sistemində ortaya çıxan bütün problemləri ilə heç kimə lazım olmayan bir ölkədir".
KONKRET.az xəbər verir ki, bunu Rusiyanın Xarici və Müdafiə Siyasəti Şurasının Rəyasət Heyətinin sədri, politoloq Fyodor Lukyanov deyib.
Onun sözlərinə görə, istənilən vəziyyətdə Rusiya, ilk növbədə, özünə arxalanır və onun daxili resursu çox böyükdür.
"Sizcə, Rusiyaya Ermənistan, Gürcüstan və başqa bu kimi ölkələr lazımdırmı?… Bu həm lazımdır, həm də deyil. Çünki, Rusiya istənilən vəziyyətə uyğunlaşacaq", – deyə ekspert əlavə edib.
Lukyanovun sözlərinə görə, Rusiyanın Cənubi Qafqazda yeni gərginlik və qarşıdurma mənbəyinə ehtiyacı yoxdur.
"Rusiya Federasiyasının yaxşı münasibətdə olduğu İran var. Əgər Ermənistan zəifdirsə, bu o deməkdir ki, Rusiya zəif Ermənistanla bu və ya digər şəkildə qarşılıqlı əlaqədə olacaq. Əgər Ermənistan güclüdürsə, bu o deməkdir ki, Rusiya güclü Ermənistanla fərqli şəkildə qarşılıqlı fəaliyyət göstərəcək", – ekspert qeyd edib.
Günel Mikayılova,
KONKRET.az

Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Gənc iş adamı toyda qəfil öldü - Foto
Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"
Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi
İran ordusunun zabiti öldürüldü
Oğlu öldürülən qadın gəlinini bağışladı, məhkəmə cəzasını azaltdı
Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir