Mostbet'in MƏRC DƏLƏDUZLUĞU: "Qanunsuz fəaliyyətlə məşğul olunursa, deməli, onun himayəsi var

Mostbet'in MƏRC DƏLƏDUZLUĞU: Qanunsuz idman mərc operatoru olan "Mostbet" vətəndaşları aldatmağa davam edir.  Xəbər verdiyimiz kimi, qanunsuz şəbəkə vətəndaşın qazandığı 156 461 manatı ödəmir. 
"Günün günorta çağı hamının gözü qarşısında qeyri-qanuni mərc oyunları təşkil olunur, buna diqqət ayrılmır".
Bunu Yenicag.az-a açıqlamasında Azərbaycanda qeyri-qanuni mərc oyunları ilə məşğul olan Mostbet şirkətinin vətəndaşlara qarşı dələduzluğu haqqında danışan millət vəkili Fazil Qəzənfəroğlu deyib.
O, belə şirkətlərin arxasında güclü himayədarların dayandığını bildirib:
"Azərbaycanda kiminsə qeyri-qanuni fəaliyyətlə məşğul olması mümkün deyil. Əgər haradasa belə bir qanunsuz fəaliyyətlə məşğul olunursa, deməli, onun himayəsi var. Himayə kifayət qədər ciddi olduğundan bu qurumlara təsir etmək mümkün olmur. Necə olur, elementar məsələlərə görə insanlara hansısa şəkildə dərhal təsir göstərmək olur. Amma günün günorta çağı hamının gözü qarşısında qeyri-qanuni mərc oyunları təşkil olunur, buna diqqət ayrılmır. Yüzlərlə belə şikayətlər var.
Belə oyunlarda fırıldaq mexanizmi düşünülüb. Hansısa formada mərci udmuş şəxslərin vəsaitləri də özlərinə verilmir. Bu, çox acınacaqlı bir durumdur. Bu istiqamətdə bütövlükdə cəmiyyətin maarifləndirilməsi çox vacibdir. Bunun üçün qanuni idman mərc operatoru "Misli" yaradılıb. Büdcəyə vəsait ödənildiyi söylənilir. Əgər dövlətin əli ilə hansısa proses gerçəkləşir, büdcəmizə vəsait daxil olursa, bunu anlayışla qarşılamaq olur. Amma digər qeyri-qanuni qumar fəaliyyətləri yolverilməzdir".
Vətəndaşlar qanunsuz şans oyunlarına inandıqca dələduzluq halları da artır.
Şans oyunlarında bəxtini sınamaq istəyənlər bunu qanuni yollarla da edə bilərlər. Bunun üçün "Azərlotereya", "Misli" kimi qanuni şans oyularına qatılmaq imkanı var.
Müqayisə üçün qeyd edək ki, əldə etdiyimiz məlumata görə qanuni idman mərc oyunu olan misli.az-da bir nəfər iki dəfə cəmi 11 manat qoyaraq, ümumi 120 min manatdan çox pul qazanıb və məbləğ sahibinə ödənilib.
Mostbet'in MƏRC DƏLƏDUZLUĞU: Mostbet'in MƏRC DƏLƏDUZLUĞU: Mostbet'in MƏRC DƏLƏDUZLUĞU: / azxeber.com

İqtisadiyyat       Tarix: 29 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR

15 oktyabr tarixində Yaponiyada səfərdə olan İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və üzvləri Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Talıbovl

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.32% artaraq 4.179ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.24% bahalaşaraq 57.68 AB

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellek

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy


yeni xeberler son xeberler azerbaycan xeberleri maliyye xeberler bugun xeber.az şou biznes xəbərləri cəbhədən ən son xəbər