Moşu' həbsxanadakı günlərindən danışdı: 'Oranın bütün incəliklərini bilirəm' - VİDEO
Valeh Kərimov məhbus həyatı yaşamağından danışıb.
azxeber.com xəbər verir ki, aktyor Valeh Kərimov ARB televiziyasında yayımlanan "Onun Sirri" verilişində qonaq olduğu zaman məhbus həyatı yaşadığını bildirib.
Məşhur aktyor anası, əmisi və qardaşı ilə birgə həbs olunmasından danışıb:
"Həbsxana həyatı yaşamaq insanın özündən asılı olan bir şey deyil. Əgər qismətdə bir şey varsa, onu yaşamağımız mütləqdir. Onu da deyim ki, mən özümü tanıyan zamandan sonra həbsxana həyatı yaşamamışam, uşaq ikən orada olmuşam. Onu da ətraflı danışım, hər kəs bilsin. Mən Cənubi Azərbaycanda anadan olmuşam. 1950-ci ildə anam, mən, məndən kiçik qardaşım və əmim sərhədi keçib Azərbaycana gəlmişik. Sərhəd qaydalarını pozaraq bura gəlmişik. Sözsüz ki, sərhədi pozmaq məsuliyyətə cəlb olunmaq demək idi. O vaxt İrandan çox insanlar bura gəlirdi. Həmin zamanlar İranda inqilab yaşanırdı, hakim dairələr insanları xüsusi işgəncələrlə öldürürdü, biz də canımızı qurtarıb bura gəlmişdik. Bizi 3-4 aylıq həbs etdilər. Sonra bizim yerimizi dəyişib başqa bir həbsxanaya göndərdilər. Yadımdadır ki, ora indiki Göytəpə ərazisi idi. Ora Masallı və Cəlilabad arasında yerləşirdi. Həbsxana həyatını ən incəliyinə qədər bilirəm. Allah heç kəsin yolunu oradan salmasın".
Ayşən
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib - FOTO
Buğdanın tədarük qiyməti ilə bağlı - Sərəncam
"Süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir
Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb
Prezident təsdiqlədi: bu ölkə ilə viza tələbi ləğv edildi
Putin narahatdır, Gerasimov prezidenti aldadır
Tezliklə maaşlar artırıla bilər – ŞAD XƏBƏR
Bakıda qadın evinin həyətində ölü tapıldı
"Qurani-Kərim"lə bağlı dediyi sözlərə görə haqqında araşdırma başlandı
Fatimə Hüseynova Rusiyanın raket hücumunda öldü - Foto
"İsrailin yerinə olsaydım, Ermənistandan soruşardım ki..."
İran ABŞ ilə danışıqlar barədə məlumatları təkzib etdi
Paşinyandan İsrailin "erməni soyqırımı"nı tanımasına CAVAB
ABŞ-İran gərginliyi Üçüncü Dünya Müharibəsinə çevriləcək? - Elə ssenari qurulub ki
Prezident: Türk dünyası nüfuzlu geosiyasi güc mərkəzinə çevrilir