"Motor House"- yeni multibrend avtomobillərə xidmət mərkəzi fəaliyyətə başladı - FOTO/VİDEO

Azərbaycanda yeni multibrend avtomobillərə xidmət mərkəzi "Motor House" fəaliyyətə başlayıb.
Azxeber.com xəbər verir ki, "Motor House"da multibrend minik avtomobillərinə, yüngül ticari avtomobillərə, həmçinin elektrik avtomobillərinə təmir xidməti və motosikletlərin təmiri xidməti nəzərdə tutulub. 
Avtoservis bölümü ən son avadanlıqlarla təmin olunub. İnfrastrukturdan əlavə, həmçinin xidmət heyəti beynəlxalq sertifikasiyalaşmış mütəxəssislərdir.
Burada çalışan hər bir üzv usta köməkçisindən tutmuş, mühəndislərə qədər çalışdıqları sahələr üzrə təlimlərdə iştirak etmiş, beynəlxalq sertifikasiyadan keçmişlər. Bu proseslər həm nəzəri həm də praktiki təlimlərdir. 
Müasir cihazlarda çalışmaq, texnika və müasir metodların dərindən mənimsənilməsi əsas prioritetlərdir.
Bundan başqa Multi brend avtomobillərə xidmət göstərəcək bu mərkəzin əsas layihəsi Alman-türk mühəndislərinin birgə əməyi əsasında ərsəyə gəlmişdir.
Layihənin hər bir detalında məhz Alman-türk təcrübəsi və standartları əsas götürülmüşdür. 
Servisdə nümayiş olunan və istifadə olunacaq avadanlıqlar son texnologiyaların nümunələridir. 
Həmçinin, Motor House brendinin fəaliyyətə başlamasının əsas məqsədi Azərbaycan avtomobil texniki xidmət sahəsində bütün ölkə üzrə standartları tətbiq etmək, respublikanın bir çox şəhərlərində və ölkədən kənarda bu sahədə ilk dəfə frençayzinq sistemini quraraq Motor House bayrağı altında fəaliyyət göstərən xidmət sahələrinin, təmir sexlərinin sayını artırmaq və bu sahədə ixtisaslı kadrların yetişdirilməsinə nail olmaqdır. 
Avtomobil servis mərkəzinin günlük təmir gücü ≈ 200-250 avtomobil təşkil edir.
Mühafizə olunan 200 avtomobillik geniş parkinq ərazisi vardır.
Motor House-da göstərilən xidmətlərə dövri təmir xidmətləri, diaqnostika, elektrik işləri, mühərrik işləri, kosmetik işlər, dəmirçi və boyama işləri, sürətlər qutusu üzrə işlər və digər aidiyyatı işlər aiddir. 
Onu da qeyd edək ki, keyfiyyət brendi olaraq sürücülərin yollarda qəza vəziyyətindən qalmalarının aradan qaldırılması məqsədilə yeni bir məhsul bazara daxil olur- Mobil avto təmir xidməti - Avto Ambulans
Avto Ambulans yerində təmir xidməti göstərən Azərbaycanda bir ilkdir. Mobil avto təmir xidməti olaraq, dövri təmir xidməti, elektrik işləri, mexanika işləri nəzərdə tutulub. 24 saat xidmət göstərən Avto Ambulans avtomobilin ani nasazlığının servisə gəlmədən aradan qaldırılması üçün fəaliyyət göstərir. 
Təbii ki, bütün bunlar əsas ideyası "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramında" öz əksini tapmışdır.
Dövlət proqramında da qeyd olunduğu kimi, nəqliyyat vasitələrinin keyfiyyətli təmiri, avtomobillərə vaxtlı-vaxtında qulluq edilməsi və düzgün istismar olunması, ehtiyat hissələrinin keyfiyyəti və avtomobillərə xidmət göstərən personalın bilik səviyyəsinin yüksək olması son nöqtədə nəqliyyat vasitələrinin təhlükəsizliyinə və yollarda təhlükəsiz hərəkəti təmin edir.

Sosial       Tarix: 29 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü


azerbaycan xeberleri son xeberler yeni xeberler bugünki xəbərlər dunya xeberleri xeber cebheden xeber