Mövlud Çavuşoğlu: "Şuşa Bəyannaməsi ilə bağlı bölgədəki ölkələrlə üçtərəfli, dördtərəfli formatlarda çalışacağıq"

Mövlud Çavuşoğlu: "Cənab Prezident, Şuşa Bəyannaməsini hazırlamaq və imzalamaq sizlərin fikri idi. Biz də Ceyhun qardaşımla birlikdə bunun üzərində çalışdıq və təxminən bir il əvvəl – doqquz ay əvvəl qardaşınız – Prezidentimiz Ərdoğan ilə birlikdə imzaladınız. Təxminən bir ay əvvəl iki gün ara ilə iki Məclisdə də bunun təsdiqlənməsi əslində sizin ortaya qoyduğunuz bu iradəni daha da gücləndirdi. Xalqımızın təmsilçilərinin də buna səs verməsi önəmli idi. Bunun da koordinasiyasını biz bir yerdə sizin tapşırığınızla etdik".
KONKRET.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu martın 5-də Prezident İlham Əliyevin qəbul olarkən deyib.
"Şuşa Bəyannaməsi, – həqiqətən də biz onsuz da təbii müttəfiqik, – bir millət, iki dövlətə yaraşan kimi oldu. Cənab Prezident, bunu sizin imzalarla sadəcə rəsmiləşdirdik. Bunun içərisindəki məsələlərin həyata keçirilməsi istiqamətində də biz qardaşlarımızla səylə çalışırıq. Təkcə xarici işlər nazirləri deyil, bütün qurumlarımız çalışır, konkret addımlar atmalıyıq. Sizin də söylədiyiniz kimi, bizim aramızda əlaqələrin güclənməsi yalnız iki ölkənin və xalqın əlaqələrinin güclənməsinə, ya da marağına deyil, bölgənin sabitliyi və əmin-amanlığına da çox faydası olacaq. Bu səbəbdən biz Şuşa Bəyannaməsində yer alan məsələləri bölgədəki ölkələrlə münasibətlərimizdə də əksini tapması üçün üçtərəfli, dördtərəfli formatlarda çalışacağıq.
Təbii ki, bölgəmizdə mühüm proseslər yaşanır, bu proseslərin təsirləri var. Bundan başqa, burada Sizin Zəngəzur dəhlizi daxil olmaqla həyata keçirəcəyiniz önəmli layihələr var. Bütün bu məsələlərdə gördüyümüz işlər haqqında məlumat vermək və bundan sonra birlikdə hansı addımları atacağıq, onları birlikdə dəyərləndirmək üçün bu gün Bakıya gəldim", – M.Çavuşoğlu bildirib.

Siyasi       Tarix: 05 mart 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeberler az ən son xəbərlər bugün en son xeberler şou biznes xəbərləri