MSK-nın təsdiqlədiyi yekun protokolda hansı rəqəmlər var?

MSK-nın təsdiqlədiyi yekun protokolda hansı rəqəmlər var?Xəbər verdiyimiz kimi, bu gün Mərkəzi Seçki Komissiyasının (MSK)  iclasında fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərinin yekun protokolu təsdiq edilib.
KONKRET.az-ın məlumatına görə, protokol MSK-nın bütüm üzvləri tərəfindən imzalanıb.
İmzalanmanın ardından protokol təsdiqlənməsi üçün Konstitusiya Məhkəməsinə göndərilib. Qərarda deyilir ki, 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələri haqqında Mərkəzi Seçki Komissiyasının Protokolu imzalandıqdan sonra 24 saat ərzində dərc edilməlidir.Qeyd edək ki, protokol artıq dərc edilib. Sənəddə seçkilərin nəticələri ilə bağlı bir sıra rəqəmlər yer alıb. Bildirilir ki, səsvermə 125 dairə üzrə  6537 məntəqədə keçirilib.
– Səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin sayı – 11
– Səsvermənin baş tutmadığı seçki məntəqələrinin sayı – 0
– Seçicilərin ümumi sayı – 6 514 222
– Seçici siyahılarında olan seçicilərin sayı (Qeydiyyatdan çıxma vəsiqəsi alanlar istisna olmaqla) –  6 419 386
– Əlavə seçici siyahısında olan seçicilərin sayı – 35 676
– Qeydiyyatdan çıxma vəsiqəsi almış seçicilərin sayı – 59 160
– Mərkəzi Seçki Komissiyası tərəfindən dairə seçki komissiyalarına verilmiş seçki bülletenlərinin sayı – 6 524 203
– Seçki bülleteni almış seçicilərin sayı – 4 978 950 (Seçicilərin fəallığı: 76.43%)
– İstifadə edilmədən ləğv olunmuş seçki bülletenlərinin sayı – 1 542 708
– məntəqə seçki komissiyaları tərəfindən – 1 470 239
– dairə seçki komissiyaları tərəfindən – 72 469
– Korlanmış seçki bülletenlərinin sayı – 2 545
– Seçki qutularında olan seçki bülletenlərinin sayı – 4 967 795
– Etibarsız hesab edilmiş səslərin sayı – 9 828
– Etibarlı hesab edilmiş səslərin sayı – 4 957 967
Etibarlı hesab edilmiş səslərin prezidentliyə namizədlər arasında bölünməsi aşağıdakı kimi olub:
– Əliyev Fuad Ağasi oğlu – 26 517 (0.54%)
– Əliyev İlham Heydər oğlu – 4 567 458 (92.12%)
– Həsənquliyev Qüdrət Müzəffər oğlu – 85 411 (1.72%)
– Musayev Elşad Nəbi oğlu – 32 885 (0.66%)
– Mustafa Fazil Qəzənfər oğlu – 98 421 (1.99%)
– Nurullayev Razi Qulaməli oğlu – 39 643 (0.80%)
– Oruc Zahid Məhərrəm oğlu – 107 632 (2.17%)
Beləliklə, yekun nəticələrə görə prezident İlham Əliyev növbədənkənar prezident seçkilərində qalib gəlib.

Siyasi       Tarix: 12 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. KONKRET.azxəbər verir ki, təbrik məktubunda deyilir:

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Bu ölkə İranla sərhədə ordu yeritdi

İraq ordusu mümkün nəticələrin aradan qaldırılması üçün İran və Küveytlə sərhədləri boyunca tam təhlükəsizlik tədbirləri görüb. xəbər verir ki, bu haqda "Əl-Mayadin" məlumat yayıb. "İraq silahlı qüvvələri sərhə

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən ən son xəbər zelzele ensonxeberler bu gune olan xeberler