Müdafiə Nazirliyi məxfi sənədləri səhvən Vaşinqton yerinə Maliyə GÖNDƏRDİ
Böyük Britaniyanın Müdafiə Nazirliyi ABŞ üçün nəzərdə tutulan və səhvən Maliyə göndərilən məxfi məlumatlarla bağlı araşdırmaya başlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.
"Müdafiə Nazirliyinin rəsmiləri səhvən Kremllə sıx əlaqəsi olan Afrika ölkəsi Maliyə məxfi məlumatları ehtiva edən elektron məktublar göndərib", – deyə nəşr yazıb.
Qeyd olunub ki, Maliyə səhvən göndərilən mesajların böyük hissəsində Britaniya Müdafiə Nazirliyinin bəzi işçilərinin məzuniyyət tarixləri haqqında məlumatlar var. Buna baxmayaraq, sənədlərin bəziləri Britaniyanın səsdən sürətli raketlər üzərində araşdırmasına aid olub.
Məlumata görə, xətanın səbəbi ünvanın səhv yazılması olub. Belə ki, Britaniya rəsmiləri ABŞ Müdafiə Nazirliyinin istifadə etdiyi (.mil) domeni əvəzinə Maliyə məxsus (.ml) domenindən istifadə ediblər.
"The Times" bu baxımdan qeyd edir ki, Afrika dövlətinin Rusiya ilə kifayət qədər yaxşı əlaqələri var. Mali 50 min tona qədər rus taxılının pulsuz vəd edildiyi yeddi Afrika ölkəsindən biridir.
Britaniyanın Müdafiə Nazirliyi jurnalistlərin sorğusuna cavab olaraq pozuntu ilə bağlı təhqiqatın başlandığını təsdiqləyib və əlavə şərh verməkdən imtina edib.
İqbal Rzayev,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi