Müdafiə Nazirliyinin idarə rəisi yatağında saxlanıldı - DETALLAR
Rusiya Müdafiə Nazirliyinin kadrlar üzrə baş idarəsinin rəisi, general-leytenant Yuri Kuznetsov mayın 13-də saxlanılıb.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, o, cinayət törətməkdə şübhəli bilinir.
Rusiyanın hökumətyönlü Telegram kanalları iddia edib ki, Yuri Kuznetsov yatağında saxlanılıb və onun ardınca gələn təhlükəsizlik qüvvələri qəsdən sərt davranıblar. Onlar kadrlar üzrə baş hərbçinin İstradakı mülkünün darvaza və pəncərələrini qırıblar.
Bundan əvvəl, aprelin 24-də Moskvanın Basmannı məhkəməsi xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunan Rusiya müdafiə nazirinin müavini Timur İvanovu saxlayıb. İyunun 23-dək nazir müavininin barəsində həbs-qətimkan tədbiri seçilib. Bir gün sonra məhkəmə İvanovun və qohumlarının daşınmaz əmlakına, aktivlərinə və bank hesablarına həbs qoyub. İvanovla birlikdə onun şəriki olduğu ehtimal edilən Sergey Borodin, həmçinin "Olimpsitistroy" şirkətinin həmtəsisçisi Aleksandr Fomin də həbs edilib.
Xatirə SADİQ,
KONKRET.az

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi