"Müəyyən təzyiqlər olub" - Deputatlığa namizədlər təşviqat kampaniyasını dəyərləndirdi

Məlum olduğu kimi, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlamet seçkiləri keçiriləcək. Artıq Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən qeydə alınmış namizədlərə təşviqat üçün ayrılan vaxt başa çatmaq üzrədir. Belə ki, proses avqustun 31-i saat 08:00-da yekunlaşacaq.
Namizədlər təşviqat prosesindən nə dərəcədə razı qalıblar? Onlar hansı süni maneələrlə qarşılaşıb?
KONKRET.az tanınmış deputatlığa namizədlərdən bir neçəsinin fikirlərini öyrənib.
68 saylı Sabirabad-Şirvan seçki dairəsi üzrə qeydə alınan namizəd, Azərbaycan Xalq Partiyasının (AXP) Sədri Pənah Hüseyn teledebatların olmamasından gileylənib:
"Azərbaycan teleməkanında debatların olmaması, həmçinin müstəqil hesab edilən internet kanallarında bəzi çıxışlara məhdudiyyətin qoyulması və ya müəyyən nüansların əvvəlcədən razılaşdırılması təşviqat prosesinə də təsir edir. Qeyd edim ki, ötən parlament seçkilərində internet TV-lər seçkilərlə bağlı gündəlik proqramlar hazırlayırdılar. Ancaq indi demək olar ki, buna şahidlik etmədik. Bəzi xaricdən fəaliyyət göstərən internet televiziyaları var ki, bu mövzuya yer ayırırlar, ancaq sözügedən proseslərə ciddi təsir edə bilmirlər. Açığı, hökumətin də seçkilər məsələsində ciddi marağı yoxdur. Bu da təşviqata təsir edir. O ki qaldı, görüşlərimizə birbaşa müdaxilə məsələsinə, hansısa süni maneə ilə qarşılaşmırıq".
Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev isə namizədliyini 10 saylı Binəqədi III seçki dairəsindən irəli sürüb. Musayev də hər hansı problemin olmadığını deyib:
"Böyük görüşlərlə yanaşı, məhəllələrdə də seçicilərlə söhbətlərimiz olur. Platformamızı təqdim edirik. Onlardan da özümüzə qarşı isti münasibət görürük. İndiyə qədər təzyiqlərlə qarşılaşmamışıq. Çatışmayan məqamları dilə gətiririk, təkliflərlə çıxış edirik. Görüşlər üçün ayrılmış yerlər nə qədər çox olsa, o qədər yaxşıdır. Şəhid ailələri ilə də mütəmadi görüşlərimiz olur. Deputatın fəaliyyəti iki istiqamət üzrə olmalıdır. Birincisi, qanun yaradıcılığı ilə məşğul olmalıdır, ikincisi isə seçildiyi dairənin seçicilərinin hüquqlarını müdafiə etməlidir. Binəqədi ərazisində 5 dəfə ikinci yeri tutmuşam. Son seçkilərdə də qalib olmuşdum, hətta bu barədə Avropa İnsan Hüquqları Məhkəməsi də xeyrimə qərar çıxarmışdı. Hər şey istədiyimiz kimi keçir. Bu dönəmdən uğurla yararlanmaq lazımdır".
21 saylı Nəsimi-Binəqədi seçki dairəsindən namizədliyini irəli sürülmüş Ağ Partiya sədri Tural Abbaslı isə bəzi problemlərin olduğunu bildirib:
"Bakı və region üzrə Ağ Partiyanın ümumilikdə 18 namizədi var. Maraqlı bir məqamı qeyd edim. Dairələrin və ya yerli strukturların proseslərə özünəməxsus yanaşması var. Təbliğat-təşviqat prosesi ümumi mənada problemli keçmədi. Düzdür, imza topladığımız zaman bəzi hökumət nümayəndələri bizə imza verən şəxslərə müəyyən təzyiqlər göstərib. Hər biri ilə maraqlanmışıq. Əsas problem isə yerli hökumət və icra strukturlarının YAP namizədinə dəstək vermələridir. Onların görüşləri təşkil olunur və kütləvilik təmin edilir. Həmçinin bəzi vətəndaşlara müxalifətin keçirdiyi tədbirlərdən uzaq olmaları söylənilib. Lakin dediyim kimi, namizədimizə və ya ümumi prosesə mane olan şəxslər yoxdur".
33 saylı Xətai I seçki dairəsindən namizədliyi REAL partiyası tərəfindən irəli sürülmüş Natiq Cəfərli isə yaxşı kampaniya apardıqlarını söyləyib:
"Təbliğat-təşviqat prosesi bizim komanda tərəfindən yaxşı və planlaşdırılmış şəkildə aparılır. Bu dövr ərzində 15 mindən çox flayer payladıq. Demək olar ki, gün ərzində 2-3 məhəllədə görüşlərimiz oldu. Açığı, təəssüratlarım olduqca xoşdur. Əvvəlki illərdə olduğu kimi hər hansı süni maneələrlə qarşılaşmırıq. Ötən seçkilərə kənar müdaxilələr olurdu. Ümid edirəm ki, hazırki seçki prosesi də qanun çərçivəsində baş tutar və problemlə üzləşmərik".
104 saylı Gədəbəy seçki dairəsindən namizəd olan Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat xidmətinin rəhbəri, siyasi şərhçi Əziz Əlibəyli isə təbliğat-təşviqat prosesindən razı qaldığını qeyd edib:
"Proses bizi qane etdi. Birincisi, xəbər məkanını əhatə edəcək materiallarla çıxış etdik. Bunlar Gədəbəy əhalisinin tarixi yaddaşını oyatmağa xidmət etdi. Həmçinin sosial şəbələlərin innovativ imkanlarından yararlandıq. Bundan başqa, birbaşa görüşlərimiz oldu. Seçki aktivliyi və marifləndirmə prosesində çətinliklər var. Lakin biz Gədəbəyi tam əhatə edə bildik. Gənclərin və orta yaşlı təbəqənin dəstəyini tam qazandıq. Parlamentdə əhalinin səsi olub, onların hüquqlarını müdafiə etməliyik".
33 saylı Xətai I seçki dairəsindən namizəd olan jurnalist və hüquqşunas Fuad Abbasov da təbliğat-təşviqat prosesindən razı qaldığını bildirdib:
"Prosesin bizi qane etməsi özümüzdən asılıdır. Nə qədər çox seçici ilə görüşsək, o qədər də yaxşı nəticə əldə edə bilərik. Fəaliyyətimizi əsasən sosial media və şəbəkələr üzərindən qururuq. Bizə göndərilən hər bir videonu və mesaj mətnini öz resurslarımızda yayımlayırıq. Həmçinin seçicilərimizlə aktiv şəkildə görüşürük. 2020-ci ildə keçirilmiş parlament seçkilərində Xətai I seçki dairəsindən qeydə alınmış nəticələr ləğv edilmişdi. Buna görə də insanlarda haqlı narazılıq yaranıb. Onlar istəyirlər ki, bu təkrarlanmasın. Biz də buna çalışırıq. Aktiv şəkildə görüşlərimiz olur. Hər hansı böyük problemlə qarşılaşmırıq. Bəzi xırda məqamlar var ki, onlar da yerindəcə həll olunur".
Məlik Məlikov,
KONKRET.az

Siyasi       Tarix: 28 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayra

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeber 2026 sou biznes xeber.az 2026 xeber.az bu gun