Ukrayna rus neftinə 30 dollarlıq qiymət tavanı istəyir
Ukraynanın xarici işlər naziri Andrey Sibiga Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinin və xüsusilə Rusiya neftinin qiymət tavanının 30 dollar səviyyəsində müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.
KONKRET.azxəbər verir ki, Sibiga bu tələbin G7 sammitində gündəmə gətiriləcəyinə ümid etdiyini bildirib:
"Ümid edirik ki, bu istiqamətdə qərarlar qəbul olunacaq və Kanadada keçiriləcək G7 sammiti zamanı rəsmi şəkildə təsdiq ediləcək", – deyə nazir qeyd edib.
Ukrayna rəsmisi həmçinin Rusiyaya qarşı tətbiq edilən sanksiyaların və dondurulmuş Rusiya aktivlərinin taleyinə də toxunub. Sibiganın sözlərinə görə, bu sahədə də daha çox siyasi iradə və qətiyyət tələb olunur:
"Bu məsələdə də daha çox iradə və qərarlılıq lazımdır. G7 sammitindən gözlənilən əsas qərarlardan biri də məhz bu ola bilər", – deyə Ukrayna XİN rəhbəri əlavə edib.
Natiq Səlim,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Avtomobil dərəyə aşdı: ölən və yaralananlar var
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO