Müğənnilərin yeni toy qiymətləri dodaq uçuqlatdı - MƏBLƏĞLƏR

Müğənnilərin yeni toy qiymətləri dodaq uçuqlatdı - MƏBLƏĞLƏRŞou-biznes deyiləndə bizdə yalnız toy nəzərdə tutulur. Toylardan böyük pulların qazanılması çoxlarını müğənni olmağa həvəsləndirib. İndi səsi olan da, olmayan da əlinə fonoqram diskini alıb toyda oxumağa gedir. Bəzən qazandıqları məbləğ bir işgüzar adamın illik gəlirinə bərabər olur, amma o məşhuru toyunda görmək üçün dəridən-qabıqdan çıxanlar da az deyil. Dəyərmi, dəyməzmi, bu artıq ayrı mövzudur. Bu gün qiymətlərdən danışırıq.
Lent.az Azərbaycan şou-biznesinin ən bahalı müğənnilərinin toy qiymətləri barədə məlumat paylaşıb.
Ən bahalı müğənni Nuri Sərinləndiricidir. O, bütün toyu oxumaq üçün 25 min manat, yarım saat çıxış üçün isə 8 500 manat tələb edir. Əsasən Rusiya toylarını idarə edir.
Xalq artisti Faiq Ağayev bütün toyu oxumaq üçün 15 min manat, yarım saatlıq çıxış üçün isə 7 000 manat qonorar istəyir.
Xalq artisti Brilliant Dadaşovanı da 15 min manat verib öz toyunuzda görə bilərsiniz. Müğənni məclisdə yarım saatlıq iştirakı üçün 7 000 manat tələb edir.
Abbas Bağırov bütün toyu 18 min manata idarə edir. Yarım saatlıq dəvət üçün isə 5 000 manat istəyir.
Murad Arif bütün toyu idarə etmək üçün 11 min manat, yarım saat üçün isə 4 000 manat istəyir.
Xalq artisti Aygün Kazımovanın yarım saatlıq çıxışının dəyəri 8 000 manatdır.
Xalq artisti Röya Ayxanın toyunuzda oxuması üçün 10 000 manat ödəməlisiniz.
Xalq artisti Tünzalə Ağayeva 7 000 manat tələb edir.
Müğənni Nəfəs və Zeynəb bütün toyu oxumaq üçün yalnız özlərinə (ansambl olmadan) 5 000 manat, yarım saatlıq çıxış üçün isə 2 000 manat tələb edirlər.
Afət Fərmanqızı Azərbaycan toylarına gəlmək üçün təkcə özünə 5 000 dollar tələb edir.
Toylara ən çox dəvət alan müğənnilər Vəfa Şərifova və Şəbnəm Tovuzlunun da toy qiymətləri dodaq uçuqladır. Bütün toy üçün 10 min manat, yarım saatlıq çıxış üçün ən az 3 000 manat qonorar istəyirlər.
Müğənni Rəqsanə bütöv toy üçün 5 000 manat, yarım saatlıq çıxış üçün isə 3 000 manat istəyir. Onun qızı Aysun yalnız yarım saatlıq çıxışlar edir. Hər çıxışı üçün 2 000-3 000 manat qonorar istəyir. Aysunun dediyinə görə, yarım saatlıq çıxış müğənnilərə daha çox sərf edir. Onlar bir gündə bir neçə toyda, qonaqlıqda ola bilirlər, eyni zamanda məclisin bütün məsuliyyətini də üzərlərinə almamış olurlar.

Sosial       Tarix: 30 iyun 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son dəqiqə xeberler bu qun son xəbər cəbhədən video