Müharibə ən çox zərbəni turizm sektoruna vurur: Bu şəhərlər çıxılmaz vəziyyətdədir

Müharibə ən çox zərbəni turizm sektoruna vurur: Bu şəhərlər çıxılmaz vəziyyətdədirYaxın Şərqdə genişlənən hərbi münaqişə region iqtisadiyyatına, xüsusilə turizm sektoruna ciddi zərbə vurur. 
"Financial Times" qəzetinin Ümumdünya Səyahət və Turizm Şurasına (WTTC) istinadən yaydığı məlumata görə, regionun turizm sənayesi hər gün orta hesabla 600 milyon dollar gəlir itirir. Qısamüddətli fasilələr belə turizm müəssisələri və bu sahədə çalışan milyonlarla insan üçün böyük iqtisadi itkilərə səbəb olur. 
Münaqişədən əvvəl 2026-cı ildə turistlərin Yaxın Şərqdə 207 milyard dollar xərcləyəcəyi proqnozlaşdırılırdı. Lakin ABŞ-İran gərginliyi və İsrailin Livandakı əməliyyatlarından sonra vəziyyət dəyişib. Dubay, Doha və Ər-Riyad hava limanlarında minlərlə uçuş ləğv edilib, otellərdə isə rezervasiyalar kütləvi şəkildə geri çəkilir. 
Turizm üzrə ekspert Cəfər Qarayev azxeber.com-a açıqlamasında deyib ki, iki ölkə arasında baş verən müharibənin qonşu ölkələrə yayılması turizmə birbaşa zərbə vurur:
"İki ölkə arasında baş verən müharibənin qonşu ölkələrə yayılması turizmə birbaşa zərbə vurur. Dünyada hər hansı xoşagəlməz hadisə baş verdikdə turizm sektoru ilk zərbə alan sahələrdən biri olur. Regionda baş verən münaqişələr fonunda hava məkanları təhlükə altında qalır, təyyarə reysləri ləğv edilir və hava limanları məhdud rejimdə fəaliyyət göstərir.
Ekspert bildirib ki, münaqişə Azərbaycanda turizmi zəiflədəcək:
"Qonşuluqda olan müharibə xarici turistlərin Azərbaycana gəlişini çətinləşdirir, eyni zamanda vətəndaşlarımızın da xaricə səfərlərinə mane olur. Qış aylarında insanlar daha çox isti ölkələrə səyahət etməyə üstünlük verirlər. Lakin hazırda bəzi ölkələrə birbaşa reyslər yoxdur, olanlar isə çox bahadır. Körfəz ölkələrindən Azərbaycana gələn turistlər də çətinliklərlə üzləşirlər. Münaqişə davam etdikcə, Azərbaycanın turizm sektoru zəifləyəcək və planlaşdırılan göstəricilər özünü doğrultmaya bilər".
Cəfər Qarayev söyləyib ki, belə şəraitdə bəzi ölkələrdə viza rejimi sadələşdirilməlidir:
"Turizm iqtisadiyyatın mühüm hissəsidir və qeyri-neft sektoruna daxildir. Müharibənin təsirləri iqtisadiyyatın digər sahələrində də hiss olunur. İnsanlar münaqişə bölgələrinə yaxın ərazilərə səyahət etməkdə tərəddüd edirlər. Bu şəraitdə ümid daha çox Yaxın Şərqdən uzaq olan Mərkəzi və Şərqi Asiya ölkələrindən, eləcə də digər regionlardan ölkəmizə turistlərin cəlb edilməsinə qalır. Bunun üçün viza rejiminin sadələşdirilməsi və daha ucuz birbaşa aviareyslərin təşkili vacibdir. Azərbaycandan xaricə turistlərin gedib-getməməsi isə ölkə iqtisadiyyatına o qədər də ciddi təsir göstərmir".
Turizm eksperti vurğulayıb ki, Qətər və BƏƏ müharibədən ən çox zərər görən ölkələrdir:
"Qətər və BƏƏ müharibədən ən çox zərər görən ölkələr sırasındadır. Çünki bu ölkələr il ərzində çox sayda turist qəbul edir və tranzit reyslər vasitəsilə böyük hava nəqliyyatı qovşaqları kimi fəaliyyət göstərirdi. Hazırda isə bu sahə demək olar ki, iflic vəziyyətindədir. Bu ölkələrin bəzi hava məkanları bağlanıb, bəziləri isə məhdud rejimdə fəaliyyət göstərir. Nəticədə Yaxın Şərqdə turizm sektoru hazırda olduqca çətin vəziyyətdədir".
Şahanə Ziyad

İqtisadiyyat       Tarix: 11 mart 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda

Park Yasamalda hazır vətikintisi davam edən mənzillər: hansı seçimlər var?. Bakının Yasamal rayonunda yerləşən Park Yasamalyaşayış kompleksində fərqli sahə və planlaşdırmaya malik mənzillər satışdadır.Kompleksdə həm köçməy

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək

17 oktyabrda "AWS User Group Baku"nun təşkilatçılığı və Azercell-in dəstəyi ilə Bakıda "AWS Agentic Football Cup" keçiriləcək. Tədbirdə iştirakçılar süni intellektlə idarə olunan futbol komandaları yaradara

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber 2026 valyuta məzənnələri son xeberler az iqtisadiyyat xeberleri bugun