Müharibə iştirakçılarına bəzi hallarda pulsuz dərmanların verilməsi dayandırılır
Həyata keçirilən monitorinqlər, psixiatriya xəstəxanalarında müalicə alan müharibə iştirakçıları ilə aparılan fərdi söhbətlər və araşdırmalar onu göstərir ki, bu kateqoriyadan olan pasiyentlər müəssisədə olduqları müddətdə dövlət hesabına dərman preparatları ilə təmin edilsələr də, evə yazıldıqdan sonra bəzi hallarda onlara müvafiq preparatların pulsuz verilməsi dayandırılır.
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva "Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları" mövzusuna həsr olunmuş dəyirmi masada çıxışı zamanı bildirib.
"Həmin preparatlar psixotrop xarakter daşıdığından və kifayət qədər maddi vəsait tələb etdiyindən pasiyentlər ya həmin dərmanları sonradan ala bilmir, ya da yalnız bir qismini əldə edə bilir. Nəticədə müalicə sona çatdırılmır. Bu baxımdan, Vətən Müharibəsi iştirakçısı olmuş, müvafiq psixiatriya müəssisələrində qeydiyyatda olan, əlilliyi olmayan, müalicə alan pasiyentlərin psixiatriya müəssisələrini tərk etdikdən sonra da dövlət hesabına müvafiq dərmanlarla təmin edilməsinə ehtiyac olduğu vurğulanmalıdır.
Bununla yanaşı psixiatriya xəstəxanalarında müalicə alan müharibə iştirakçıları ilə aparılan görüşlər, habelə Ombudsmana edilən müraciətlərin və mediada dərc olunan məlumatların təhlili həmin şəxslərin bir qisminin əlilliyin müəyyən edilməsi ilə bağlı problemlərlə üzləşdiyini də göstərir", – deyə S.Əliyeva bildirib.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var