Müharibəyə hazırlıq gedir: Rus ordusu girsə... - Xlopotov

Müharibəyə hazırlıq gedir: Rus ordusu girsə... - XlopotovUkraynada müharibə "ola bilər" kimi yox, "labüddür" kimi qələmə verilməlidir. Məsələ ondan ibarətdir ki, rəsmi Kiyevlə separatçıların rəhbərləri arasında kəskin və dərin mövqe ziddiyyətləri bu məsələnin danışıqlarla həllini mümkünsüz edir. Üstəlik, Qarabağın timsalında gördüyümüz kimi, bu gün diplomatiya lazımi səviyyədə işləmir, o öz klassik görkəmində artıq effektiv deyil.
Publika.az xəbər verir ki, bu barədə Axar.az-a açıqlamasında rusiyalı hərbi ekspert Aleksey Xlopotov bildirib.
"Yəni əgər siz ərazi münaqişəsini həll etmək istəyirsinizsə, müharibə etməyə hazırlaşın. Əslində, indi biz nəyi müşahidə edirik: hər iki tərəfdən savaşa çox fəal hazırlıq gedir. Bəs bu kimə sərfəlidir?
Fikrimcə, burada birbaşa fayda və maraq qanuni Kiyev hökumətinindir. Sıfır göstəricilərə malik nüfuzunu yenidən yüksəltmək üçün mərkəzi hakimiyyət ölkənin ərazi bütövlüyünü və asayişi bərpa etməlidir. Silahdan fəal istifadə olunmadan, təəssüf ki, bunu etmək mümkün olmayacaq. Separatçılar öz xoşları ilə mövqelərini əldən verməyəcəklər. Çünki onların başqa seçimi yoxdur", - deyə müsahibimiz qeyd edib.
Onun sözlərinə görə, ikinci maraqlı tərəf ABŞ və bir sıra Avropa ölkəsidir:
"Onlar üçün Ukraynada müharibə slavyanlığın, xüsusilə də Rusiya Federasiyasının zəifləməsi siyasətinin davamıdır. Bundan başqa müharibə olduğu təqdirdə, Ukrayna onlar üçün silah bazarı və savaş poliqonuna çevriləcək.
Müharibədə hakim rus elitası da müəyyən dərəcədə maraqlıdır. Onun üçün müharibə cəmiyyətin bir araya gəlməsi, daxili siyasi parçalanmanın aradan qaldırılması, iqtisadi inkişafın səhvlərini müharibəyə bağlamaq üçün bir fürsətdir. Bu, Ukrayna oliqarxiyası üçün də tam olaraq eynidir.
Lakin bu məsələdə Rusiya separatçılara hərbi dəstək verməkdən və yardım göstərməkdən imtina edə bilər. Axı, cəsarətli bəyanatlara baxmayaraq, Rusiyada əhalinin əsas hissəsinin vəziyyəti kəskin şəkildə pisləşir. İqtisadiyyat son həddədir. Qarşıdakı vaxtda Kreml üçün yeni və bahalı bir "hərbi oyun"a qoşulmaq çətin ki, məqsədəuyğun olsun. Belə olduğu təqdirdə, gərək Rusiya qələbəni necə olur-olun, təmin etsin. Bu isə yalnız Rusiya silahlı qüvvələrinin Ukraynaya tammiqyaslı hərbi müdaxiləsi halında baş tuta bilər. İnanıram ki, belə olan halda rus əsgəri Kiyevə kifayət qədər asan daxil ola bilər. Bunun həm də iqtisadi və ən başlıcası, siyasi nəticələrini analiz etmək gərəkdir.
Axı Rusiyanın Ukraynaya müdaxiləsi suveren müstəqil dövlətə qarşı təcavüz aktı olacaq. Çünki Ukrayna qanuni hökumətinə dəstəyə, məsələn, kifayət qədər böyük və ciddi hərbi potensialı olan Polşa gələ bilər. Ümumiyyətlə, Rusiyanın bu məsələdə qərarı "motivlərin mübarizəsi" xarakteri daşıyacaq".
Rusiyalı ekspertin sözlərinə görə, ən əlverişli yol Kremlin Ukraynadakı bu hərbi əməliyyatlara müdaxilə etməməsi, separatçıların yatırılması və Donbasın Ukraynanın qanuni hökumətinin yurisdiksiyasına qaytarılmasıdır:
"Bəli, dağıntılar böyük olacaq, qeyri-müəyyənlik, aclıq da ola bilər. Lakin zaman keçdikcə bütün bu çətinliklər aradan qaldırılacaq, Ukraynada sülh və razılıq bərqərar olacaq. Rusiyanın münaqişəyə müdaxilə edəcəyi təqdirdə isə nəticələri proqnozlaşdırmaq olduqca çətindir. Hər halda, Rusiya əhalisi üçün bunda yaxşı heç nə gözləmək lazım deyil".

Dünya       Tarix: 19 mart 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Borrel Donbasa gedəcək - Təmas xəttində

Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Ukraynaya səfər edəcək. xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında deyilir. Ali komissarın 4-6 yanva

Səudiyyə Ərəbistanı yeni ili qarla qarşıladı

Səudiyyə Ərəbistanının Tabuk regionunun sakinləri Yeni ilin ilk gününü xoş sürprizlə qarşılayıblar. rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, Cəbəl Əl-Ləvz bölgəsinə yağan qar krallığın vətəndaşlarını bu bölgəyə cəl

İrkutskda DƏHŞƏT: 5 nəfər diri-diri yanaraq öldü

Rusiyanın İrkutsk vilayətində baş verən yanğında 5 nəfər ölüb. Ölənlərdən üçü qadın, biri kişi, bir də 11 yaşlı uşaqdır. xəbər verir ki, İrkutsk vilayətinin Xomutovo kəndində taxta ikimərtəbəli yaşayış evində yanğın haqqınd

ABŞ-dan Gürcüstana tənqid: Narahatlıq doğurur

"Məhkəmə sistemi və ya müstəqil nəzarət orqanları kimi demokratik təsisatları zəiflədən addımlar Gürcüstanın NATO və Avropa İttifaqına daxil olmaq istəklərini sarsıdır". bu barədə ABŞ-ın Gürcüstandakı Səfirliyinin

İranda son sutkada koronavirusdan 41 nəfər öldü

İranda ötən sutka ərzində 1 510 nəfər koronavirusa (COVID-19) yoluxub, 41 nəfər ölüb. xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da İranda bu virusdan ölənlərin sayı 131 68

Ötən sutka ərzində yoluxma sayı 829 minə yaxınlaşdı

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 829 min nəfərə yaxın olub. pandemiyanın onlayn statistikasını aparan " saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 828 min 925 nəfə

ABŞ 20-dən çox rus PUA-sını vurdu

Suriya və Ukrayna üzərində uçan rus istehsalı "Lancet" pilotsuz aparatları naməlum silahlarla vurulub. -a istinadla xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb. Rusiyanın PUA texnologiyasını öyrənmək istəyə

Tokayev hökuməti istefaya göndərdi - YENİLƏNDİ

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin istefasını qəbul edib. xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətinin yaydığı sərəncamda deyilir. Nazirlər Kabinetinin üzvləri hökumətin yeni tərkibi təsdi

2021-ci ilin ən DƏHŞƏTLİ MÜHARİBƏLƏRİ: yüz minlərlə ölü... - SİYAHI

2021-ci ildə baş verən müharibələr yüz minlərlə insanın ölümünə səbəb olub. ABŞ-ın savaş qurbanlarının sayına görə "Müharibə Statistikaları Analitik Mərkəzi"nin sıraladığı və yayımladığı siyahını təqdim edir:. Birinc


azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xəbərlər bugün hava azerbaycan son xeber bugun ən son xeberler