Murad Arifin möhtəşəm konserti baş tutdu - FOTOLAR

Bəstəkar-müğənni Murad Arifin uzun zamandır hazırlaşdığı ilk solo konserti baş tutub.
azxeber.com xəbər verir ki, ötən gecə Heydər Əliyev Sarayında keçirilən tədbirdə sənətçi hit mahnılarını və duetlərini səsləndirib.
İfaçı gecəyə başlamazdan öncə media nümayəndələrinin suallarını cavablandırıb. Həyacanlı olmadığını bildirən Murad konsertinin hesabat xarakteri daşıdığını bildirib:
"Ölkədə ən çox səhnə alan müğənnilərdən olduğum üçün həyəcanlı deyiləm, alışmışam. Ayırdığınız diqqət mənim üçün çox önəmlidir. Belə cəsarətli addımı atdığım üçün çox xoşbəxtəm. Nadir solo konsertlərdən olacaq ki, səslənəcək olan 22 mahnıdan 20-nin həm söz, həm də musiqi müəllifi özüməm. Səhnədə sürpriz duetimi səsləndirəcəyəm. Həyatımda yeni mərhələ olan, bu iki möhtəşəm anı eyni günə sığdıra bilmişəm. Qarşıdan gələn üç ay ərzində bütün ortamları çalxalayacaq musiqi olacağına ümid edirəm. Duetimizə klip çəkdirməyi də düşünürük. Bu gün qarşınızda müğənni kimi durmuşam, sabah məşhur ictimai xadimlə veriliş hazırlayıb, jurnalist-aparıcı kimi qarşınızda ola bilərəm".
Konsert üçün 5 kq çəki atan müğənni bunu konsert hazırlıqları sayəsində olduğunu söyləyib:
"İstədiyim çəkini əldə etməsəm də, konsert hazırlıqları rəqqaslarla məşqlər görüşlər-müzakirələr stresslər nəticəsində nail oldum. Növbəti konsertlərdə daha fit formada qarşınızda olacağam. Konsert üçün iki səhnə geyimi nəzərdə tutmuşam".
Konsertə "İnşallah" mahnısı ilə başlayan Murad ilk çıxışı zamanı kövrəlib.
"Qəlbimdəki melodiyaları insanlara ötürmək istəyən sadə bir azərbaycanlının xəyallarının gerçəkləşməsidir. Mahnı yazan insan emosionaldır. Sadəcə, onları sözlə və ya göz yaşı ilə ifadə etməyi sevmirəm", - deyə, müğənni bildirib.
Gecədə duet ortaqları da Muradı tək qoymayıb. Murad Xalq artisti Tünzalə Ağayeva ilə "Ürəyimsən", Əməkdar artist Lalə Məmmədova ilə "Bu şəhər ikimizə dar", müğənni Günel Zeynalova ilə "Tufan" mahnılarını oxuyub.
Sənətçi Xalq artisti Aygün Kazımova ilə oxuduqları "Kokteyl" mahnısını ilk dəfə təqdim edib.
Konsert zamanı Xalq artisti Flora Kərimova da Muradı təbrik edib. O, gecəyə qızı Zümrüd və 1 yaşlı nəvəsi Lorenlə birlikdə qatılıb.
M.Arif konsert tarixi ilə bağlı maraqlı məqamı da açıqlayıb:
"Jurnalistlər sual verdi ki, niyə konserti 19 mayda edirsiniz? Anlamlı, dərin məna yükü olan bir cavab gözləyirlər məndən, amma çox fikirləşdim, dedim olduğu kimi deyim. Çox xahiş edirəm, gülməyin. Bu yaxınlarda özümə şəxsi astroloq tapmışam. Dedi ki, planetlər, ulduzlar elə şəkildə düzüləcək ki, Murad, hamı gələcək. Sən demə, həyatında şəxsi astroloq varsa, ən sadə addımların da nəzarət altındadır. Konsert hazırlıqları, reklamlar getməlidir. Zəng edib qırıla-qırıla deyirsən ki, olar həftənin 4-cü günü, axşam 9-un yarısı anonsu paylaşasınız. Ciddi-ciddi adamlar soruşur ki, Murad, bu, nə PR strategiyasıdır? Mən necə izah edim ki, axı Merkuri... Çox qəribə məqamdır. Çox istərdim ki, həyatda nəyə inanırsınızsa, niyyətiniz gözəl olsun. Bu gün niyyətimiz gözəl idi".
Həyat yoldaşına həsr etdiyi bəstəni ifa edən sənətçi "Evə pis əhvalla, əsəblə gəlirsən. Buna tab gətirmək lazımdır. Mənim həyat hekayəmin görünməz qəhrəmanı var. 16 ildir ki, həyatımın xanımı" sözlərini əlavə edib.
Konsert "Qələbə" mahnısı və tamaşaçıların ayaqda alqışları ilə başa çatıb.
Murad Arifin möhtəşəm konserti baş tutdu - FOTOLARMurad Arifin möhtəşəm konserti baş tutdu - FOTOLARMurad Arifin möhtəşəm konserti baş tutdu - FOTOLARMurad Arifin möhtəşəm konserti baş tutdu - FOTOLARMurad Arifin möhtəşəm konserti baş tutdu - FOTOLARMurad Arifin möhtəşəm konserti baş tutdu - FOTOLARMurad Arifin möhtəşəm konserti baş tutdu - FOTOLARMurad Arifin möhtəşəm konserti baş tutdu - FOTOLARMurad Arifin möhtəşəm konserti baş tutdu - FOTOLARMurad Arifin möhtəşəm konserti baş tutdu - FOTOLARMurad Arifin möhtəşəm konserti baş tutdu - FOTOLARMurad Arifin möhtəşəm konserti baş tutdu - FOTOLARMurad Arifin möhtəşəm konserti baş tutdu - FOTOLARMurad Arifin möhtəşəm konserti baş tutdu - FOTOLARMurad Arifin möhtəşəm konserti baş tutdu - FOTOLAR

Şou Biznes       Tarix: 22 may 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

18 yaşı tamam olmayan oğlunun maşın sürən görüntüsünü paylaşdı

Rəqqasə Fatimə Fətəliyeva oğlu ilə bağlı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında 18 yaşı tamam olmayan oğlu Hüseynin avtomobil idarə edərkən lentə alınan görüntülərini yayımlayıb. Videod

Müğənninin Azərbaycandan çıxışına 'stop' qoyulub

Müğənni Mehin Hümbətovanın ölkədən çıxışına qadağa qoyulub. xəbər verir ki, bu haqda sənətçi özü məlumat yayıb. O bildirib ki, yay tətilinə də heç yerə gedə bilmir:. "2 aydır ölkədən çıxa bilmirəm. "Stop"u

Elçin ayrılığın dilindən oxudu - "Olmaz olaydı" təqdim olundu

Müğənni Elçin Cəfərov yaradıcılığına daha bir yeni mahnı əlavə edib. xəbər verir ki, sənətçi bu dəfə "Olmaz olaydı" adlı mahnısını dinləyicilərin ixtiyarına verib. . Bəstənin sözləri Rafael Şabanova, musiqisi is

63 yaşlı müğənni plastik əməliyyat etdirdi - FOTO

Rusiyalı 63 yaşlı müğənni Qriqoriy Lepsin görünüşündəki dəyişiklik diqqət çəkib. Rusiya mətbuatına istinadən xəbər verir ki, onun plastik əməliyyat etdirdiyi iddia olunub. Sənətçinin yeni görünüşündən sərt çənə ovalı, bleferoplastik

"Buna həqiqətən dəyərdimi, Haluk?" - Mahsun Kırmızıgül

Türkiyəli məşhur müğənni Mahsun Kırmızıgül iyulun 12-də saxlanılan "Ahbap" dərnəyinin sədri, tanınmış müğənni Haluk Leventlə bağlı paylaşım edib. xəbər verir ki, Mahsun instaqram hesabında bir zamanlar ən yaxı

Saxlanılan Haluk Leventdən ilk açıqlama - 'Zaman hər şeyi göstərəcək

Türkiyədə istintaq çərçivəsində saxlanılan müğənni Haluk Levent sosial media hesabında paylaşım edərək haqqında yayılan iddialara münasibət bildirib. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Levent şəxsi həyatı ilə Ahba

Haluk Leventin saxlanılan köməkçisi danışdı

İstanbul Respublika Prokurorluğunun AHBAP Dərnəyi ilə bağlı apardığı istintaq çərçivəsində saxlanılan Yeliz Kaya ifadəsində diqqət çəkən iddialar səsləndirib. xəbər verir ki, yerli KİV-in məlumatına görə, Haluk Leventin köməkçis

Məşhur müğənni vəfat etdi

Britaniyalı məşhur müğənni Bonni Tayler vəfat edib. Sənətçi 75 yaşında əməliyyatdan sonra dünmyasını dəyişib. Məlumatı "The Sun" nəşri yayıb. /

Hadise və Gülşen onu məhkəməyə verir

"Qızımın bu hala düşməsinin səbəbi Hadise və Gülşendir" deyən müğənni Umut Akyürekə Gülşen və Hadise məhkəmə iddiası qaldırıblar. Hadise və Gülşeni hədəf alan açıqlamalarını davam etdirən Akyürek "Mən Hadisən


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun 2026 azerbaycan cəbhədən son görüntülər şou biznes xəbərləri valyuta mezennesi