Mustafa Sandal Bakıda: "Azərbaycan ikinci vətənimdir" - FOTO
Mustafa Sandal Bakıda: "Azərbaycan ikinci vətənimdir" - FOTO
Türkiyənin məşhur müğənnisi Mustafa Sandal Bakıya gəlib.
Teleqraf.com xəbər verir ki, Mustafa Sandal Heydər Əliyev adına Hava Limanında mətbuat nümayəndələrinin suallarını cavablandırıb.
Müğənni ölkəmiz haqqında təəssüratını bölüşüb:
"Bakıya 10 ay əvvəl gəlmişdim. İstanbuldan sonra səhnədə zövq aldığım şəhər Bakıdır. Buranın izləyicilərini, Bakı şəhərini çox sevirəm. Uzun illərdir ki, buraya gəlirəm və tamaşaçılarla görüşürəm. Hər dəfə də çox sevinirəm. Bakını gəzəcəyəm. Şəhər tez-tez dəyişir. Mən də hər dəfə gələndə Bakını gəzirəm. Azərbaycan ikinci vətənimdir".
İfaçı bu gün Bakı Konqres Mərkəzində planlaşdırılan konsertindən də danışıb:
"Konsertimin hər dəqiqəsi sürprizlərlə dolu olur. Səhnəyə enerji ilə çıxıram. Konsertimə gəlsəniz, bunu görərsiniz. İstəyirəm ki, tamaşaçılar konsertimdə fərqli hiss keçirsinlər, konsertimi unutmasınlar. Bunun üçün də səhnədə həqiqi və səmimi olmağa diqqət edirəm. Canlı, dinamik, həyəcanlı və sürprizlərə hazır performans olmasını istəyirəm"
İfaçı "Evliliyiniz necə gedir" sualını belə cavablandırıb:
"Allaha şükür, yaxşıdır".
Mustafa Sandal "Zirvədə qalmağınızın sirri nədir" sualına - "Pozitiv enerji... Həyata pozitiv baxa bilmək, insanlarla yaxşı münasibət qurmaq, dəyər vermək, anı yaşamaq, işini sevmək və özünə yaxşı baxmaq", - deyə cavab verib.
Müğənni formada qalmasının səbəbini də açıqlayıb:
"Gecələr soyuducuda oluram (gülür). İdman edirəm. Bir çox şeyə diqqət edirəm".
Qeyd edək ki, Mustafa Sandalın konsertinin təşkilatçısı "Event Office"dir.


/ oxu.az
Xidmetler [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var
Göbələk mövsümü: Zəhərlənmə halları ilə bağlı xəbərdarlıq edildi