Mustafa Şentop azərbaycanlı həmkarı ilə görüşdü

Mustafa Şentop azərbaycanlı həmkarı ilə görüşdüMustafa Şentop azərbaycanlı həmkarı ilə görüşdü
Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop parlament sədri Sahibə Qafarova ilə görüşüb.
"Anadolu" xəbər verir ki, Azərbaycan Milli Məclisində keçirilən ikitərəfli görüşdən sonra nümayəndə heyətləri arasında görüş olub.
Şentop çıxışında Ermənistanın təcavüzündən sonra bütün vəziyyətlərdə Türkiyənin Azərbaycanın yanında olacağını deyib.
O, TBMM-də dörd siyasi partiyanın ortaq bəyanat yayaraq Ermənistanın hücumlarını qınadığını, Azərbaycana dəstək verdiklərini xatırladıb və bu müddətdə iki ölkənin millət vəkilləri arasında həmrəyliyin daha da artdığını qeyd edib:
"TBMM İnsan Hüquqları Komissiyamız Xarici İşlər Nazirliyimizlə koordinasiyalı olaraq Ermənistanın Azərbaycana hücumlarının səbəb olduğu insan haqları pozuntularını araşdırmaq üçün alt komissiya yaradıb".
O, təəssüf hissi ilə bildirib ki, bəzən beynəlxalq təşkilatların qanunsuz və məntiqsiz qərarları ilə qarşılaşırıq:
"İşğalçı və təcavüzkar Ermənistana əl altından silah yardımı da daxil olmaqla yardım göstərilir. Ermənistanın iqtisadi vəziyyəti bu silahları alacaq qədər güclü deyil. Bunun işğalçı Ermənistanı mükafatlandırmaq olduğunun fərqindəyik. Bütün dünyaya bu barədə danışmalıyıq".
Azərbaycan ordularının uğurlarını yaxından izlədiklərini söyləyən Şentop qeyd edib ki, Ermənistan məğlubiyyətə uğradıqca daha da təcavüzkar olur və qabiliyyətsizliyini ört-basdır etmək üçün dinc əhaliyə hücum edir.
Sahibə Qafarova Ermənistanın hücumları, Azərbaycan ordusunun uğurları, bütün insanların bu ədalətli işdə bir yumruq kimi birləşdiklərindən bəhs edib.
O, bu haqlı mübarizədə Azərbaycana göstərdiyi dəstəyə görə Türkiyəyə təşəkkür ünvanlayıb.
Azərbaycan və Türkiyənin ortaq tarixə sahib olduğunu diqqətə çatdıran S.Qafarova qeyd edib:
"Bu keçmiş bizi daha yaxşı gələcək qurmağa çağırır. İki ölkə arasında bu günə qədər 249 müqavilə imzalanıb. 2019-cu ildə ticarət həcmimiz 4,5 milyard dollar olub. Bu ilin ilk 8 ayında pandemiyaya baxmayaraq, ticarət həcmimiz təxminən 3 milyard dollar təşkil edib. Qarşılıqlı investisiyalar 30 milyard dollara çatıb. Bunlar müsbət göstəricilərdir. Ancaq ölkələrimizin potensialı bu göstəricilərdən yüksəkdir. Qarşılıqlı səylər nəticəsində daha yaxşı nəticələr əldə edəcəyik".
Şentop və onu müşayiət edən parlament nümayəndə heyəti Fəxri Xiyabana gələrək əvvəlcə Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edərək, çələng qoyublar.
Sonra Şentop 20 Yanvar şəhidlərinin dəfn olunduğu Şəhidlər Xiyabanını da ziyarət edərək buradakı Əbədi Məşəlin önünə, sonra Bakı Türk Şəhidləri Qəbiristanlığına gedərək abidə önünə əklil qoyub. /oxu.az

Siyasi       Tarix: 19 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə


azerbaycan xeberleri yeni xeberler son xeberler son xəbərlər azərbaycanda xeber.az hava son xəbər