Mustafa Şentop Əli Əsədovla görüşdü - YENİLƏNİB+FOTO

Mustafa Şentop Əli Əsədovla görüşdü - YENİLƏNİB+FOTOMustafa Şentop Əli Əsədovla görüşdü - YENİLƏNİB+FOTO
Oktyabrın 19-da Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun rəhbərlik etdiyi, Türkiyə parlamentində təmsil olunan dörd partiyanın təmsilçilərinin daxil olduğu nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, Baş Nazir Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun 2 şəhər, 1 qəsəbə və 71 kəndi işğaldan azad etdiyini bildirib. Qeyd olunub ki, Azərbaycan üçün bu çox mürəkkəb bir dövrdə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyənin bütün rəhbərliyi, türk xalqı Azərbaycanın yanında oldu. Baş nazir göstərilən dsətəyə görə öz adından və hökumət adında minnətdarlığını bildirib. 
Baş Nazir Əli Əsədov ötən il Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 33 % artdığını, bu ilin səkkiz ayı ərzində isə pandemiyaya baxmayaraq artımın 8 % olduğunu vurğulayıb.
Baş Nazir Türkiyə ilə Azərbaycanın həyata keçirdikləri birgə enerji layihələrini uğurla davam etdirildiyini qeyd edib, Qara dənizdə qaz ehtiyatlarının kəşfi ilə əlaqədar təbriklərini çatdırıb.
Qeyd olunub ki, qarşılıqlı investisiyaların həcmi artmaqdadır.  
Baş Nazir Əli Əsədov Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti layihəsinin və Türkiyə-Naxçıvan qaz xəttinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. 
Baş nazir pandemiyaya dövründə Türkiyə və Azərbaycanın səhiyyə işçilərinin səmərəli fəaliyyəti qeyd edilib.
Baş Nazir Azərbaycan Prezidentinin Türkiyə televiziyalarına müsahibələrinin bütün dünyada diqqətlə izləndiyini və Türkiyə televiziyalarının Azərbaycanın ədalətli müharibəsi ilə bağlı doğru xəbərləri işıqlandırdığını diqqətə çatdırdı.
TBMM-in sədri Mustafa Şentop Azərbaycan və Türkiyə rəhbərlərinin ilk səfərlərini bir-birinin ölkələrinə etmələrini bir ənənə olduğunu qeyd edərək özünün də Məclis sədri seçildikdən sonar ilk səfərini Azərbaycana etdiyini vurğuladı.
TBMM-in sədri bu səfərlərinin Azərbaycanın haqlı mübarizəsinə dəstək səfəri olduğunu deyərək Azərbaycanı bütün şərtlər daxilində müdafiə etdiklərini bəyan edib.
Mustafa Şentop Ermənistanın Azərbaycanın mülki əhalisinə hücumlarını pisləyib və qeyd edib ki, hücuma məruz qalan Gəncə şəhərinə getməyi planlaşdırır.
TBMM-in İnsan haqları komitəsinin altkomitəsində Dağlıq Qarabağ da daxil olmaqla müharibə zonalarında insan haqlarının pozulması hallarınnı araşdırıldığı və Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı işlətdiyi insanlıq əleyhinə cinayətlər barədə də məruzə hazırlanacağı qeyd olunub.
18:17
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycanın Baş Naziri Əli Əsədovla görüşüb.
Bu barədə məlumatı Türkiyənin Azərbaycandakı səfirliyi yayıb.
Bildirilib ki, görüş M.Şentopun Bakıya səfəri çərçivəsində baş tutub.
Mustafa Şentop Əli Əsədovla görüşdü - YENİLƏNİB+FOTOMustafa Şentop Əli Əsədovla görüşdü - YENİLƏNİB+FOTO

Siyasi       Tarix: 19 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə


azerbaycan xeberleri yeni xeberler son xeberler son xəbərlər azərbaycanda xeber.az hava son xəbər