Müstəntiqə bıçaqla xəsarət yetirən "parkovşik"lə bağlı QƏRAR
Sumqayıt Apellyasiya Məhkəməsində xuliqanlıq və qanunsuz silah saxlamada təqsirləndirilən Bəhruz Tofiqovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
KONKRET.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Elman Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onun şikayəti təmin edilməyib.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə Abşeron ayon Polis İdarəsinin (RPİ) qarşısında qeydə alınıb.
Belə ki, 1975-ci il təvəllüdlü Bəhruz Tofiqov sərxoş vəziyyətdə RPİ-nin qarşısında həmin İdarənin istintaq şöbəsinin müstəntiqi zərərçəkmiş Məhir Əliyevdən (şərti) ona avtomobilin parklanması üçün pul ödəməsini istəyib. Zərərçəkmiş isə ona pul verməyərək İdarənin inzibati binasına daxil olub. Bu zaman Bəhruz Mahirin RPİ-nin nəzarət buraxılış məntəqəsinin yanında saxladığı "Passat CC" markalı avtomobilinin ön kopotunu qanunsuz olaraq əldə etdiyi bıçaqla vurub zədələyib. Bundan sonra o, xuliqanlıq hərəkətlərini davam etdirərək Abşeron RPİ-nin inzibati binasının üçüncü mərtəbəsində yerləşən 304 nömrəli zərərçəkmiş şəxsin xidməti iş otağına daxil olub, ictimai yerdə otaqda olan digər şəxslərin gözü qarşısında Mahir Əliyevə qarşı nalayiq ifadələr işlədib, otaqda olan stolları, stulları aşırıb və üzərində olan həmin bıçağı çıxarıb, müstəntiqə hücum edib. Bəhruz bıçaq və təpiklə Mahirin qoluna və ayağına qəsdən vuraraq xəsarət yetirib.
Daha sonra Bəhruz Tofiqov digər polis əməkdaşları tərəfindən saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.
Məhkəmə baxış iclasında Bəhruz Tofiqov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, boş vaxtlarında Abşeron RPİ-nin qarşısında avtomobillərin parklanması ("parkovşik") ilə məşğul olur. Həmin gün İdarənin kolidorunda zərərçəkmiş Mahir Əliyev ilə sözlə mübahisə edib. Onun üzərində bıçaq olmadığını və heç kimi vurmadığını söyləyib. Ona görə də məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş edib.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada
Bakıda FIFA DÇ həyəcanı başlayır
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq