Mütəxəssislər qriplə allergiyanın fərqini AÇIQLAYIB
Yaz aylarının gəlişi ilə allergiyadan əziyyət çəkənlərin narahatlığı başlayır. Çox vaxt allergiya burun axması, çoxlu asqırma və göz qaşınması kimi əlamətlərlə müşahidə edildliyinə görə qripə bənzəyir. Yaz fəslinin gəlişi ilə mövsümü allergiya da baş qaldırır.
Allergiya fərqli xüsusiyyətə malikdir. Məsələn, qida allergiyası zamanı buna səbəb olan qida məhsulu rasiondan çıxarılandan sonra şikayətlər aradan qalxır. Ağacların çiçəkləməsi, təbiətdə gedən tozlanma prosesinə qarşı allergiyası olanların işi daha çətin olur. Lakin bəzən allergiya ilə qripi dəyişik salanlar da olur.
KONKRET.azxəbər verir ki, həkim-terapevt Zakir Quliyev bu iki xəstəlik arasındakı fərqlərdən bəhs edərkən deyib: "Qrip xəstəliyi zamanı bədən ağrıları daha ön planda olduğu halda, allergiyada belə olmur. Allergiyada qriplə müqayisədə asqırmalar daha tez-tez olur. Allergiya ilə əlaqədar xəstəliklərdə qızdırma halları da o qədər müşahidə edilmir. Bədəndə ağrıların və qızdırma hallarının ön planda olması daha çox virus mənşəli, yaxud digər respirator xəstəliklə əlaqədardır".
Həkimlərin dediyinə görə, allergiyanın tam müalicəsi yoxdur. Başqa bir hal xəstəliyin bəzən uzun müddət davam etməsidir, mütəxəssislərin fikrincə, buna səbəb allergiyaya meylli olanların özləri istəməsə də, onu yaradan səbəblərlə daim təmasda olmasıdır.
Yeri gəlmişkən, Ümumdünya Səhiyyə Təşkilatının bununla bağlı xəbərdarlığı da narahatedicidir. Təşkilat əsrimizin allergik xəstəliklər əsri olacağı barədə xəbərdarlıq edir. Proqnozlara görə, hazırda planetin hər beş sakinindən biri allergiya problem ilə üzləşir. Dünya üzrə son 20 ildə allergiyadan əziyyət çəkənlərin sayı üç-dörd dəfə artıb. Təəssüf ki, əksər hallarda allergiyanın ağır formasına rast gəlinir. //AZƏRTAC
Turlar.az [newsid: 0-123300]

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var