Müttəfiqlərimizin savaşı - Azərbaycan hansı siyasəti yürütməlidir?

Müttəfiqlərimizin savaşı - Azərbaycan hansı siyasəti yürütməlidir?Həm İsrail – HƏMAS, həm də İsrail – Fələstin münasibətləri fonunda İsrailin Türkiyə və Pakistanla əlaqələri gərginləşməkdədir. Hər 3 ölkənin siyasətçiləri bir-birilərinin ünvanına qarşılıqlı ittihamlar səsləndirirlər. Maraqlı məqam isə ondan ibarətdir ki, Azərbaycan hər üç ölkə ilə dostluq və müttəfiqlik münasibətindədir.
Maraqlıdır, müttəfiqlərimiz arasındakı məlum gərginliyin ölkəmizə hər hansı təsiri ola bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov bu məsələdə Azərbaycanın mövqeyinin birmənalı olduğunu deyib:
"Son zamanlar İsrailin bir çox ölkələrlə, o cümlədən Türkiyə və Pakistanla münasibətlərinin gərginləşməsinin səbəbi Qəzzada baş verən proseslər və HƏMAS-la olan qarşıdurmadır. Türkiyə, Pakistan və İsrail rəsmiləri bir-birilərinin ünvanına qarşılıqlı ittihamlar səsləndirirlər. Hazırda qarşıdurma real gərginlik müstəvisinə keçməyib. Təbii ki, bütün bunlarla bağlı Azərbaycan tərəfinin rəsmi mövqeyi var və bu, birmənalıdır. Ölkəmiz Birləşmiş Millətlər Təşkilatının (BMT) qətnamələrinin icrasından yanadır. Biz beynəlxalq hüquqlara daim hörmət və sadiqlik nümayiş etdiririk. İsrail və Fələstinin ərazi bütövlüyünü dəstəkləyirik. Baxın, İsraillə yaxın müttəfiqik, bu dövlət Qarabağ münaqişəsində bizə dəstək olub. Təbii ki, İsrailin digər dostlarımız olan Pakistan və Türkiyə ilə münasibəti bizi narahat etməyə bilməz. Onlar hər zaman bizə dəstək olub. Ermənistanın işğalçı mövqeyini pisləyiblər".
Ekspert İsrailin Türkiyə və Pakistanla münasibətinin korlanmasında böyük dövlətlərin marağının olduğunu deyib:
"Böyük dövlətlər "parçala, hökm sür!" taktikası ilə fəaliyyət göstərir. Onlar istəyirlər ki, inkişaf etmiş ölkələr bir-biriləri ilə dostluq münasibəti qurmasın. Müttəfiqlərimiz arasında münaqişəni alovlandıran qüvvələr var. Bu da təbii ki, regiondakı proseslərə təsir edir. Düzdür, İsrailə qarşı da beynəlxalq mətbuat tərəfindən ciddi təzyiq var. Belə məqamlarda həm Azərbaycan, həm də digər tərəflər təmkinli davranmalıdır. Ümid edirəm ki, bu gərginlik real müstəviyə daşınmayacaq. Bunun qarşısı düzgün xarici siyasət və diplomatiya yolu ilə alına bilər".
Məlik Məlikov,
KONKRET.az

Siyasi       Tarix: 09 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

Pakistan prezidenti İlham Əliyevi təbrik etdi

Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. məktubun mətnini təqdim edir:. "Zati-aliləri. Zəfər Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakista

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib


yeni xeberler azerbaycan xeberleri son xeberler son xabarlar metbuat son xabar son xeberler azerbaycan