Müxalifət naziri geri oturtdu
Almaniyanın Xarici İşlər naziri Hayko Maas Türkiyənin Suriyada həyata keçirdiyi "Barış Pınarı" əməliyyatı səbəbilə Türkiyəyə silah satışına qoyulan məhdudiyyətlə bağlı açıqlama verib.
Publika.az xəbər verir ki, nazir daha əvvəllər satışı təsdiq olunmuş məhsulların da əngəllənə biləcəyini söyləyib.
Federal Məclisdə müxalifətin suallarını cavablandıran Maas "Barış Pınarı"nı "beynəlxalq hüququ pozan işğal" adlandırıb.
Müxalifətin Avropa İttifaqının Türkiyəyə niyə rəsmi silah embarqosu qoymadığı istiqamətindəki suallarını cavablandıran nazir "Türkiyə NATO müttəfiqidir. Bizim üçün əhəmiyyətli olan sürətli qərar verilməsini təmin etmək idi və bu qərar verildi. Bizim mövqeyimizdən silah tədarükünün dayandırılması qərarı, yeni silah ixracatı ilə yanaşı, artıq təsdiqlənmiş silahlar üçün keçərlidir" sözlərini deyib.
Toplantıda nazirə "Ərdoğanın hərəkatı işğal adlandıranlar üçün "qapıları açıb qaçqınları Avropaya buraxarıq" təhdidinə görəmi Türkiyənin hərbi işğalına sanksiya tətbiq etmədiniz" sualı verilib. O isə cavabında "Türkiyənin Suriyanın şimalında apardığı əməliyyat başladığı formada davam etsəydi, biz sanksiya tətbiq edəcəkdik. Bunu açıq şəkildə söylədik. Türkiyə prezidentinin dediyi sözlərin sadəcə bəyanat kimi qalacağına inanırdıq" şəklində cavab verib.
Zümrüd /publika.az

Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi
DİQQƏT: Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz
Madrid debisində "Atletiko" "Real"a qalib gəlib