"Müxalifət yeni "sentyabr müharibəsi" hazırlayır"— Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədəki müxalif qüvvələri hakimiyyətə gələcəkləri təqdirdə, yeni hərbi münaqişəni stimullaşdırmaqda ittiham edib.
KONKRET.az xəbər verir ki, bu gün keçirdiyi brifinqdə Paşinyan müxalifətin sülh gündəmini yenidən nəzərdən keçirmək planlarının qaçılmaz müharibə ilə nəticələnəcəyini bildirib.
O, bu təhlükənin xüsusilə cari ilin payızında reallaşa biləcəyini vurğulayıb:
"Onlar sülhə qarşı olmadıqlarını deyirlər, lakin hakimiyyətə gələrlərsə, sülh müqaviləsini yenidən nəzərdən keçirəcəklərini bildirirlər. Bu isə müharibə deməkdir! Onların bir hissəsi hətta nə dediklərini belə başa düşmürlər, çünki bu mətnlər başqa yerlərdə yazılıb, onlar isə sadəcə səsləndirirlər. Analizlərimiz göstərir ki, onlar sentyabrda ağır nəticələri olacaq yeni "sentyabr müharibəsi" hazırlayırlar".
Baş nazir həmçinin əlavə edib ki, sülh gündəminin reviziyası Ermənistan üçün təkcə ərazi itkisi deyil, həm də suverenliyin tamamilə itirilməsi riskini daşıyır. O, müxalifət nümayəndələrini xarici ölkələrin maraqlarına xidmət edən "emissarlar" adlandırıb.
Qeyd edək ki, Ermənistanda iyunun 7-nə təyin edilmiş parlament seçkiləri ərəfəsində siyasi gərginlik pik həddə çatıb.(qafqazinfo.az)

Siyasi       Tarix: 19 mart 2026
f Paylaş

Oxşar xəbərlər

Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI

Böyük Britaniya hökuməti Ukraynaya qarşı ölkə tarixində misli görünməmiş miqyasda – ümumilikdə 10 milyard funt sterlinq (təxminən 12 milyard avro) dəyərində yeni nəhəng maliyyə, iqtisadi və hərbi dəstək paketinin ayrıldığın

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır

Niderland hökuməti növbəti üç il ərzində Ukraynaya 1,2 milyard avro məbləğində qeyri-hərbi yardım ayıracaq. KONKRET.azxəbər verir ki, bu barədə Niderlandın xarici ticarət naziri Syord Syordsma məlumat verib. Onun sözlərin

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə


son xeberler azerbaycan xeberleri yeni xeberler en yeni xeberler ən son xeberler sonxeber az kriminal xeber