Müzəffər ordumuz daha da güclənir

Müzəffər ordumuz daha da güclənirMüzəffər ordumuz daha da güclənir 
Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Məhz Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. 
Sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə qazandığı Şanlı Qələbə təkcə Azərbaycan tarixində deyil, dünya hərb elminin tarixində də mühüm izlər qoydu. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Düşmənin tam məğlubiyyəti ilə nəticələnən bu müharibə noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə Bəyanat imzalamaları ilə başa çatdı. Bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları Azərbaycana təhvil verildi.
Şanlı Qələbənin şərəfinə dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda möhtəşəm Zəfər Paradı keçirildi. Paradda Azərbaycan Silahlı Qüvvələrinin malik olduğu müasir silah və texnikalarla yanaşı  düşmənin döyüş meydanında məhv edilən və ya qənimət kimi ələ keçirilən  silah-sursat və hərbi texnikaları da nümayiş olundu.
Vətən müharibəsində qazanılan Böyük Qələbənin təbliği məqsədilə Bakı şəhərində yaradılan Hərbi Qənimətlər Parkında Azərbaycan Ordusunun düşmən üzərində sarsıdıcı uğurunu əks etdirən - düşməndən qənimət götürülən silah-sursat, hərbi texnika və döyüş bayraqları nümayiş olunur.
Hazırda Azərbaycan dövləti yerləşdiyi regionda yaratdığı yeni geostrateji və geosiyasi üstünlüklərdən faydalı şəkildə bəhrələnərək milli və dövlət maraqlarına cavab verən beynəlxalq hərbi əməkdaşlığı uğurla davam etdirir. Dünyanın hərbi analitik mərkəzləri Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük müharibədə qazandığı qələbəni təhlil edir, bir çox dövlətlərin müdafiə qurumları ordumuzun müharibədə qazandığı döyüş təcrübəsini öyrənir, hərbi taktikasından bəhrələnir.
Fəxrlə deyə bilərik ki, Ermənistanın 30 ilə yaxın bir müddətdə qurduğu bütün istehkamları uğurla yararaq irəliləyən Ordumuzun qəhrəman əsgərləri öz missiyasını da ləyaqətlə yerinə yetirdi. Onlar Şuşa şəhərini böyük şücaət və mərdliklə, dağlardan, meşələrdən, sıldırım qayalardan keçərək, əlbəyaxa döyüşdə düşməni məhv edib işğaldan azad etdilər. 
Bu gün Azərbaycan beynəlxalq hüququ və tarixi ədaləti bərpa edib. Azərbaycan Ordusu məhz belə mürəkkəb amillərin mövcud olduğu bir şəraitdə parlaq qələbə qazandı. Prezident İlham Əliyevin təbirincə desək, "bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir".
Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi regionda və müxtəlif dövlətlərin maraqlarının kəsişmə məkanında yerləşən Azərbaycan beynəlxalq hərbi əlaqələrini xarici dövlətlərin hərbi qurumları və beynəlxalq təşkilatlarla qarşılıqlı maraqlar çərçivəsində reallaşdırır. Beynəlxalq hərbi əməkdaşlıq fəaliyyəti Xarici İşlər Nazirliyi və digər aidiyyəti dövlət orqanları, idarə, təşkilat və müəssisələrlə əlaqəli şəkildə, Müdafiə Nazirliyi tərəfindən Hərbi Doktrina və "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq konsepsiyası" əsasında həyata keçirilir.
Beynəlxalq hərbi əməkdaşlığın məqsəd və istiqamətləri Azərbaycan Respublikasının milli maraqlarına uyğun olaraq müəyyən olunur.
Xarici ölkələrlə, Avroatlantik strukturlarla, beynəlxalq təşkilatlarla və aparıcı dövlətlərin müdafiə sənayesi kompleksləri ilə birtərəfli, ikitərəfli və çoxtərəfli əməkdaşlıq beynəlxalq hərbi strategiyanın əsas istiqamətlərindəndir. Azərbaycan qonşu Türkiyə, Gürcüstan, Rusiya ilə yanaşı, Ukrayna, Belarus, ABŞ, Böyük Britaniya, Pakistan, İsrail və s. ölkələrlə hərbi, hərbi-texniki və hərbi-siyasi əməkdaşlıq edir.
Ölkəmizin beynəlxalq hərbi əlaqələrində Türkiyə, Rusiya, Pakistan, İsrail dövlətləri, NATO bloku ilə əməkdaşlıq xüsusi çəkiyə malikdir.
Azərbaycanın hərbi sahədə ən mühüm tərəfdaşı qardaş Türkiyə Respublikasıdır. Azərbaycan və Türkiyə arasında hərbi sahədə əməkdaşlıq, yalnız Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsi baxımından deyil, ümumən bölgədə sülh və təhlükəsizliyin təmini baxımından mühüm əhəmiyyət kəsb edir. 44 günlük müharibədə Azərbaycan Ordusunun əldə etdiyi Qarabağ zəfəriylə Cənubi Qafqazda yaranan yeni geopolitik mənzərəsinin təhlili iki qardaş və dost dövlətin hərbi əməkdaşlığının rolunu və əhəmiyyətini bir daha ortaya qoyur.
Azərbaycan  öz  Silahlı Qüvvələrinin  gücü  ilə ölü doğulmuş  körpəni xatırladan   Birləşmiş Millətlər Təşkilatının  4 qətnaməsinin icrasına nail   oldu.   Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Azərbaycan respublikası BMT-nin Ermənistanın işğal edilmiş torpaqların azad edilməsi haqqında qərarını yerinə yetirdi."
Silahlı Qüvvələrimizin Ali Baş Komandanı Vətən müharibəsi günləri iki cəbhədə öz  yumruğunu bayraq kimi yuxarı qaldıraraq döyüş meydanında, mediada  qələbə qazandı.  "Hər kəs bizim gücümüzü gördü, dəmir yumruğumuz nədir, anladı."
Müharibə günlərində dünya birliyi Azərbaycan xalqının iradəsinin, ordumuzun sarsılmaz qüdrətinin, dövlət başçımızın müdrikliyinin və uzaqgörənliyinin şahidi oldu. Biz həm döyuş, həm də siyasət meydanında sübut etdik ki, Qarabağ Azərbaycan torpağıdır.
İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi daha geniş vüsət aldı.  
Fərəhlə deyə bilərik ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Vətən müharibəsindən sonrakı dövrdə Müdafiə Nazirliyində Komando Qüvvələri yaradıldı və komandoların, yeni hərbi hissələrin sayı gündən-günə artır. 
İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim etdi. 
Bütün bunlar onu deməyə əsas verir ki, qalib Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan ordusu xalqımıza bundan sonra da qələbə zəfərləri bəxş edəcək, yüksək səviyyədə hərbi hazırlıq və peşəkarlıq nümunəsi göstərərək regionun lider ordusu olduğunu bütün dünyaya bir daha nümayiş etdirəcək. 
Zamin Zeynal, 
Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü, "Müasir İnternet Resurslarının İnkişafı" İctimai Birliyinin sədri / azxeber.com

Sosial     Baxılıb: 275   Tarix: 25 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

Kəlbəcərdə 32 ildən sonra ilk dəfə Yeni il şənliyi təşkil edilib - FOTOLAR

Kəlbəcər rayonu işğaldan azad edildikdən sonra ilk dəfə olaraq 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib. xəbər verir ki, Kəlbəcər rayonunda Azərbaycan Prezidentini

Misir Mərdanov vəzifəsini itirdi

Sabiq təhsil naziri Misir Mərdanov Elm və Təhsil Nazirliyinin tabeliyindəki Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsindən uzaqlaşdırılıb. " "a istinadla xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığ

Leyla Əliyeva Uşaq İncəsənət Festivalından paylaşım edib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva Uşaq İncəsənət Festivalının yekun mükafatlandırma mərasimində iştirak ediblər

Bakıda orta məktəbdə şagirdlər zorakılığa məruz qalırlar? - İDDİA

Bakı şəhəri 292 saylı tam orta məktəbdə şagirdlərin fiziki və psixoloji zorakılığa məruz qaldığı iddia olunub. Məktəblilərin bildirdiyinə görə, bu halları təkcə müəllimlər deyil, direktor müavini də törədib. "Ağzımd

Bəzi ərazilərdə yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

Ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Bu barədə AZXEBER. COM-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksima

Zəfər' Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə bağlı - SƏRƏNCAM

Xəbər verdiyimiz kimi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının yeni tərkibi təsdiq edilib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncamla "Zəfər"

Sabiq daxili işlər nazirinin oğlu dünyasını dəyişdi

Bu gün, 27 dekabr tarixində 1991-ci il noyabrın 20-də helikopter qəzasında faciəvi şəkildə həlak olmuş Azərbaycanın daxili işlər naziri, müdafiə və təhlükəsizlik məsələləri üzrə dövlət müşaviri Məhəmməd Əsədovun ailəsin

Şahin Bağırov post rəisini idarə rəhbəri təyin etdi

Tovuz Gömrük İdarəsinə rəis əvəzi təyin edilib. "Unikal"a istinadla xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Firdovsi Əbilov Tovuz Gömrük İdarəsini

Göygölə güclü qar yağıb, avtomobillərin hərəkətində çətinliklər yaranıb - FOTO

Göygöl rayonunda axşam saatlarından etibarən yağan yağış qara çevrilib. APA-ya istinadən xəbər verir ki, güclü qar səbəbindən Göygöl–Toğanalı–Kəlbəcər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində nəqliyyatın hərəkətind


yeni xeberler son xeberler azerbaycan xeberleri xeber qurban bayrami 2026 son xeberler bugun 2026 muharibe en son xeber