Naapetyan: "Ermənistan əraziləri döyüşsüz təhvil verəcək"
"Sülh müqaviləsinin bağlanması qarşılıqlı anlaşmadan keçir və bunun üçün Ermənistan Azərbaycanın tələb etdiyi əraziləri qaytarmalıdır".
KONKRET.az xəbər verir ki, bunu erməni hərbi ekspert Ayk Naapetyan deyib.
Naapetyan hesab edir ki, Paşinyan hakimiyyəti saxlamaq üçün Qərbdən təminatlar alır və buna görə də o, özünü konstitusiyadan kənar hərəkət etmək hüququna malik sayır: "Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ABŞ və Böyük Britaniyanın güc strukturlarının nümayəndələri ilə görüşləri bu təminatların sübutudur. Ərazilərin təslim edilməsi ciddi problemlərə çevrilə bilər. Əgər ərazilərin təslim edilməsi hətta Paşinyanın gücünü sarsıda bilərsə, bu ərazilər müharibə ilə təslim olacaq".
Naapetyanın sözlərinə görə, hakimiyyət kütləvi etirazlar və hakimiyyət dəyişikliyi təhlükəsi hiss etməsə, əraziləri döyüşsüz təhvil veriləcək.
Ermənistan və Azərbaycanın təhlükəsizlik sahəsindəki hərəkətləri güc ssenarisinin reallaşacağı təqdirdə fəaliyyət planının hazırlanmasından xəbər verir. 44 günlük müharibədən sonra Azərbaycan silah və hərbi texnika almaqda davam edir, Türkiyə ilə 30-dan çox hərbi təlim keçirib, mütəxəssislər hazırlayır. Bunun fonunda Ermənistanda heç bir hərbi təlim keçirilmir, yəni ölkə mümkün hərbi əməliyyatlara hazır deyil. Belə şəraitdə əraziləri müharibə yolu ilə təslim etmək daha asandır, çünki Azərbaycan Ordusu müharibəyə hazırdır, biz isə hələ də yerimizdə sayırıq".
Vəli Həsənov,
KONKRET.az

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Ərdoğan sabah Qarabağa gəlir
Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda