Nadir Adilov: Ali Məhkəmənin Plenum Qərarı hüquq tariximizdə mütərəqqi inqilabdır

Nadir Adilov: Ali Məhkəmənin Plenum Qərarı hüquq tariximizdə mütərəqqi inqilabdırAli Məhkəmə Plenumunun 2024-cü il 20 dekabr tarixli qərarı ilə ailə münasibətləri ilə bağlı bəzi qərarlara əlavə və dəyişikliklər edilməsi ilə bağlı sözügedən dəyişiklikləri Ali Məhkəmənin Mülki Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyevin açıqlamasına münasibət bildirmək üçün Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilova müraciət etdik.
Nadir Adilov azxeber.com-a açıqlamasında deyib ki, Ali Məhkəmə Plenumunun 2024-cü il 20 dekabr tarixli qərarı ilə ailə münasibətləri ilə bağlı bəzi qərarlara əlavə və dəyişikliklər edilməsi ilə bağlı sözügedən dəyişikliklərlə tanışıq.
O qeyd edib ki, "Dəyişikliklər nəinki Azərbaycan hüquq tarixi üçün, o cümlədən, dünya hüquq təcrübəsi üçün son dərəcə mühüm, mütərəqqi və inqilabi dəyişikliklər hesab edilməlidir. Bu sıradan bir qərar deyil, bu bizim hüquq tariximizə köklü müsbət dəyişiklik gətirəcək bir qərardır. Qərar yenidir və qərarın icrası, qərarla bağlı məhkəmə təcrübələri artdıqca hər kəs əmin olacaq ki, bu qərar nə qədər mükəmməl və vətəndaş yönümlü bir qərardır."
Dəyişikliyin məzmunu, mahiyyəti ilə yaxından tanış olduqda görünür ki, dəyişikliklər ailə münasibətləri ilə bağlı nəinki ədalət mühakiməsinin səmərəliliyini artırır, eyni zamanda vətəndaş məmnunluğunu təmin edir, ölkəmizdə aparılan hüquq islahatlarını vətəndaş yönümlü edir. Bütün islahatların pozitiv hədəfi vətəndaşdır, odur ki, islahatlar vətəndaşların rifahına, hüquq və mənafelərinin qorunmasına xidmət edir. Bu isə dövlətin əsas məqsədidir. Ona görə də qeyd edilən Qərarda vətəndaş eyni zamanda lüzumsuz və bir çox bürokratik dəftərxana əngəllərdən də azad olmaqla yanaşı, lüzumsuz, keyfiyyətsiz, manipulyativ hüquq xidmətlərindən, illərlə bitib tükənməyən, əsassız məhkəmə iddialarından da azad olmuş olur. Məlum olduğu kimi, bu qəbildən olan işlər nəinki günümüzdə məhkəmələrin iş yükünü artırırdı, hətta bu sahədə digər inzibati orqanları, dövlət qurumlarını əsassız iddialar, şikayətlər və müraciətlərlə yükləyirdi.
Nadir Adilovun sözlərinə görə "Ən pisi isə o idi ki, vətəndaşların ailə faciəsindən istifadə edən bəzi işbaz xidmətçilər keyfiyyətsiz hüquq xidmətləri ilə vətəndaşları aldatmaq, onların etibarından sui-istifadə etməklə vətəndaşların cibinə girirdilər, alimentin artırılması və uşaqla ünsiyyət məsələlərini özləri üçün əlavə qazanc yerinə çevirirdilər. Bunu əvvəllər də demişəm, indi də deyirəm, belə olan halda keyfiyyətsiz hüquq xidmətinin qurbanı olan vətəndaş əlbəttə ki, haqsız yerə dövlətdən narazı qalırdı.
Bu məsələdə də düşünürük ki, artıq vətəndaşın narazı qalmağa heç bir səbəbi qalmayacaq. Çünki qərar məhz vətəndaş məmnunluğu və vətəndaş yönümlü hazırlanıb.
Əgər bir vətəndaş alimentin artırılması və yaxud uşaqla ünsiyyət məsələsində keyfiyyətsiz hüquq xidməti ilə qarşılaşırdısa, burada əlbəttə ki, yenə də uduzan vətəndaş olurdu. Çünki keyfiyyətsiz hüquq xidmətlərinə görə vətəndaş artıq ödənişini edirdi, amma xidmət sahəsində mənasız mübahisələr, çəkişmələr vətəndaşa baha başa gəlirdi. Bu qərar düşünürəm ki, keyfiyyətsiz və manipulyativ, qanunzazidd hüquq xidmətlərini də sıradan və birdəfəlik çıxaracaq. Düşünürəm ki, Ali Məhkəmənin qeyd edilən plenum qərarı vətəndaşları keyfiyyətsiz hüquq xidmətlərindən də qoruyur, bu sahədə məsələlərə konkretlik gətirir bu sahədə fəaliyyət göstərən dövlət təsisatlarının səmərəli fəaliyyəti üçün də əlverişli mühit yaradır. Xüsusən də nəzərə almaq lazımdır ki, uşağın hüquq və mənafeləri istər milli Qanunvericiliyimizdə, istərsə də beynəlxalq konvensiyalarla qorunur. Amma biz çox təəssüf ki, müasir praktikada nəyin şahidi olurduq? Uşağın hüquq və mənafeləri qalırdı bir kənarda, bəzi tərəflər bir-birindən qisas almaq üçün məsələni illərlə uzada- uzada aparırdı. Bu isə bir daha deyirəm, vətəndaşların nəinki büdcəsinə pis təsir edirdi, eyni zamanda psixoloji mənfi təsirlər edən bir faktora çevrilirdi. Vətəndaşlar isə həll edilə bilməyən bu problemlərdən psixoloji də əziyyət çəkirdilər. Amma Plenum qərarı bir daha qeyd edirəm, hörmətli Sənan Hacıyevin də şərhindən göründüyü kimi, bu qəbildən olan işlərə o dərəcədə mükəmməl bir aydınlıq gətirib ki, bu Qərarı yalnız və yalnız alqışlamaq lazımdır.
Hörmətli Sənan Hacıyev qeyd edilən layihənin müəllifi kimi geniş şərh verdiyi üçün düşünürəm ki, bu sahədə bizim şərh verməyimiz düzgün olmazdı. Amma bir daha qeyd edirəm ki, qəbul edilən Plenum qərarının hazırlanmasında əməyi, rolu olan Ali Məhkəmə rəhbərliyi başda olmaqla, dəyərli Sənan Hacıyevə dərin təşəkkürlərimizi bildiririk. Ümumiyyətlə qeyd edim ki, Sənan Hacıyevin rəhbərlik etdiyi Kollegiya son zamanlar çox mühüm qərarların hazırlanması və verilməsi, Azərbaycanın məhkəmə-hüquq islahatları tarixində öz izini buraxması ilə yadda qalıb. Mediasiya Şurası olaraq Ali Məhkəmədən bundan sonra da mütərəqqi qərarlar gözləyir və mövcud Qərarı dəstəklədiyimizi və təşviq etdiyimizi bildirirəm. Və sizə əmin edirəm ki, bu mütərəqqi qərar ətrafında çoxlu elmi araşdırmalar aparılacaq, kitablar və məqalələr yazılacaq".

Sosial       Tarix: 10 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində


son xeberler yeni xeberler azerbaycan xeberleri cebheden xeber xeber.az son xeberler cəbhədən son xeber xəbərlər