Naftalan şəhər DYMX əməkdaşları mükafatlandırılıb - FOTO
Naftalan şəhər DYMX əməkdaşları mükafatlandırılıb - FOTO
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində tarixi Qələbənin qazanılmasında digər qurumlar kimi Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) əməkdaşları da öz fədakarlıqları ilə seçiliblər.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Vətən müharibəsi zamanı qəhrəmanlıq göstərərək öz xidməti vəzifələrini layiqincə yerinə yetirən yanğınsöndürənlərin fəaliyyətini qiymətləndirmək məqsədilə FHN İşçilərinin Həmkarlar İttifaqı tərəfindən Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları ilə görüşlər təşkil edilir.
Növbəti belə görüşlərdən biri FHN DYMX Naftalan şəhər Dövlət Yanğından Mühafizə hissəsində təşkil olunub. Tədbirdə çıxış edən FHN İşçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından, həyata keçirdiyi işğalçılıq siyasətindən danışıb. Natiq Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında hər kəsin öz vəzifəsini layiqincə yerinə yetirmək üçün səfərbər olduğunu və nəticəsi olaraq rəşadətli Azərbaycan ordusu tərəfindən 44 gün ərzində düşmən tapdağı altında olan torpaqlarımızın azad edildiyini vurğulayıb.
M.İsmayılıov qeyd edib ki, Vətən müharibəsində FHN-in bütün strukturları digər qurumlar kimi Ali Baş Komandanın ətrafında sıx birləşərək qələbənin qazanılmasında öz töhfələrini veriblər. FHN-in digər strukturları kimi Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları da müharibə dövründə əzmkarlıq nümayiş etdirib, düşmən tərəfindən ağır artilleriya qurğularından və raketlərdən atəşə məruz qalan yaşayış məntəqələrinin yanğından mühafizəsində rəşadət göstəriblər.
Bildirilib ki, müharibənin ilk günlərindən başlayaraq Naftalan şəhəri və ətraf yaşayış məntəqələri daim Ermənistan silahlı bölmələrinin artilleriya atəşinə məruz qalıb. Gücləndirilmiş iş rejimində çalışan Naftalan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları düşmənin atəşi nəticəsində baş verən yanğınların söndürülməsində əzmkarlıq göstəriblər. Yanğınları söndürərkən öz həyatlarını təhlükəyə atan yanğınsöndürənlərin bu şərəfli vəzifənin öhdəsindən layiqincə gəldikləri xüsusi vurğulanıb.
Görüş zamanı Naftalan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti FHN İşçilərinin Həmkarlar İttifaqı tərəfindən fəxri fərmanlar və hədiyyələrlə mükafatlandırılıb.







Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Zelenski o hərəkətinə görə tənqid olundu
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR
Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ
Zubir müqavilə bağladı, debüt də etdi
ÇL: "Sabah" "Mançester Yunayted"ə qarşı
ANAMA əməkdaşı minaya düşdü: ayağı amputasiya edildi