Namizədlərin təhlükəsizliyi dövlət tərəfindən təmin olunur?
7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkiləri keçirləcək. Seçkilərdə hazırkı Prezident İlham Əliyev, Milli Məclisin deputatları, Zahid Oruc, Fazil Mustafa, Razi Nurullayev, eləcə də Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və Fuad Əliyev mübarizə aparacaq.
Seçkilərə artıq 10 gün qalıb. Maraqlıdır ki, prezidentliyə namizədlərin dövlət tərəfindən təhlükəsizlikliyi təmin olunurmu? Onlara hansı imtiyazlar verilib?
KONKRET.azxəbər verir ki, Modern.az məsələ ilə bağlı prezidentliyə namizədlər arasında sorğu keçirib.
Saytımıza açıqlamasında Milli Məclisin deputatı, prezidentliyə namizəd Razi Nurullayev bildirib ki, təhlükəsizlik məsələsi ilə bağlı heç bir söhbət aparılmayıb.
"Təhlükəsizlik məsələsi ilə bağlı bizimlə hər hansı söhbət aparılmayıb. Özüm öz təhlükəsizliyimi təmin edirəm",-o deyib.
Razi Nurullayev namizəd kimi yalnız bir imtiyazının olduğunu söyləyib: "Prezidentliyə namizəd kimi toxunulmazlıq statusum var. Bundan başqa heç bir imtiyazım yoxdur. Heç bir imtiyazdan da isifadə etmirəm".
Digər prezidentliyə namizəd, Azərbaycan Liberal Partiyasının sədri Fuad Əliyev isə bildirib ki, ümumiyyətlə təhlükəsizliyin təmin olunmasına ehtiyac yoxdur:
"Dövlət tərəfindən təhlükəsizlik təmin olunmur. Hesab edirəm ki, buna ehtiyac da yoxdur. Çünki biz illər boyu xalqla işləmişik. Xalqın içərisində bir səhv buraxmamışıq. Onlarla həmişə üzüaçıq görüşüb, sağollaşmışıq, eləcə də problemlərini həll etmişik".
Fuad Əliyev də namizəd kimi yalnız toxunulmazlıq statusunun olduğunu qeyd edib.

"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Gənc iş adamı toyda qəfil öldü - Foto
Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"
Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi
İran ordusunun zabiti öldürüldü
KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan
Oğlu öldürülən qadın gəlinini bağışladı, məhkəmə cəzasını azaltdı
Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident
Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
Azərbaycan Hava Yolları gələcəyin texniki mütəxəssislərini yetişdirir - FOTOLAR