"Nant" qrupun ən təhlükəli komandasıdır" - Qurban Qurbanov
"Maraqlı oyun oldu. Məğlub olsaq da, sonadək inamımızı itirmədik və yaxşı mübarizə apardıq. Futbolçular getdikcə təcrübə qazanırlar".
KONKRET.az report-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Almaniyada "Frayburq"a 1:2 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının G qrupunun ilk tur oyunundan sonra Bakıda Heydər Əliyev Aeroportunda jurnalistlərə açıqlamasında deyib.
50 yaşlı mütəxəssis ilk dəqiqələrdə böyük zərbə aldıqlarını bildirib: "Əvvəlcə qapımıza penalti təyin olundu, ardınca isə 2-ci topu buraxdıq. Buna baxmayaraq, meydanda konsentrasiyamızı qoruyub saxlaya bildik, rəqibdən çəkinmədik, onların üstünə getdik. Futbolçular böyük iş gördülər. Bu istəyi və inamı qoruya bilsək, daha yaxşı nəticələr olacaq".
O, qrup mərhələsinin II turunda Bakıda qarşılaşacaqları Fransanın "Nant" klubu haqqında da danışıb: "Bu rəqibin matçlarına baxmışam. Bir az fərqli sistemdə oynayır. Heç də asan rəqib deyil. İlk turdan göründü ki, bütün komandalar iddialıdır. Bakıda oynayacağıq. Rəqibi analiz edib, düzgün oyun qurmağa çalışacağıq. "Nant"a qalib gəlmək istəyiriksə, ilk matçdakından daha çox güc sərf etməliyik. Bəlkə də qrupun ən təhlükəli komandasıdır".
Qeyd edək ki, "Qarabağ" – "Nant" matçı sentyabrın 15-də keçiriləcək.

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi