"Nar" "Fərqli Fərdlər" Konqresində sosial layihələrə dair təcrübəsini bölüşüb
Martın 11-də Heydər Əliyev Mərkəzində "Fərqli Fərdlər – Xüsusi Qayğıya Ehtiyacı Olan İnsanlar üçün 5-ci Yubiley Konqres" keçirilib. Konqresin əsas məqsədi ictimaiyyətin diqqətini fiziki məhdudiyyətli şəxslərə yönəldərək inklüziv cəmiyyətə dəstək vermək olub.
Konqresdə müxtəlif sahələrdən olan tanınmış yerli və beynəlxalq spikerlər çıxış ediblər. "Nar"ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov da mobil operatorun tətbiq etdiyi uğurlu sosial layihələrlə bağlı təcrübələrini bölüşüb: "Nar" olaraq cəmiyyətin həssas qisminə yönəlik layihələr etməkdə davam edirik, "Təlim məktəbi" və "Jest dili" kimi layihələrimizlə eşitmə məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyasına və maliyyə azadlığına dəstək olmağa çalışırıq".
Mobil operator indiyə qədər fiziki məhdudiyyətli insanlara yönəlik davamlı sosial layihələrlə çox sayda insanın həyatında müsbət dəyişikliklər edib.
"Nar"ın korporativ sosial məsuliyyət strategiyası çərçivəsində eşitmə və nitq məhdudiyyətli insanlar üçün həyata keçirdiyi layihələrlə buradan tanış ola bilərsiniz.
"Nar" hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. Şirkət son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.


/ azxeber.com

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti